Mayorla atasının dialoqu hüquq müdafiəçisini KÖVRƏLTDİ
Fidan Həmişəyeva
14:24 22.07.2019
Cəmiyyət
1163
Novella Cəfəroğlu: “Onun atasına verdiyi cavab qəhrəmanlığın göstəricisidir. Mayorun bu hərəkəti bizim üçün bir örnəkdir. Belə mayorlarımız, əsgər və zabitlərimiz hər zaman olub, indi də var”
2016-cı ilin Aprel döyüşlərində iştirak edən tank əleyhinə diviziya komandiri, mayor Mirdamət Bağıyevin atası ilə dialoqu bir neçə gündür ki cəmiyyətdə müsbət rezonans doğurub. Belə ki, böyük döyüş şücaəti nümayiş etdirərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən qəhrəmana atışmanın qızğın vaxtında 77 yaşlı atası Sərəssan Bağıyev zəng vurur. Oğul isə atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir. Amma narahatlığı keçməyən ata təkrar zəng edir. Bu barədə M.Bağıyevin özü məlumat verib:
“Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: “Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırsan?!”.
Bu dialoqdan qürurlandığını deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az” bildirdi ki, ölkəmizin çoxlu sayda vətənpərvər zabit və əsgərləri var:
“Onlar hər zaman döyüşlərdə canla-başla iştirak edirlər. Sadəcə olaraq, bunun üçün çağırış lazımdır. Çağırış olarsa, minlərlə oğullarımız torpaqlarımız uğrunda döyüşəcəklər.
Mirdamət Bağırovun davranışları məni olduqca kövrəltdi. Onun atasına verdiyi cavab qəhrəmanlığın göstəricisidir. Mayorun bu hərəkəti bizim üçün bir örnəkdir. Belə mayorlarımız, əsgər və zabitlərimiz hər zaman olub, indi də var. İnanıram ki, bu dəqiqə döyüş olarsa, minlərlə oğullarımız torpaqlarımızı azad etmək uğrunda vuruşarlar. Bəzən deyirlər ki, çox adam döyüşdən qaçır. Amma bu qətiyyən belə deyil.Müşahidə edən zaman görürük ki, oğullarımız vətənin müdafiəsinə hazırdır”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq