
Məişət zorakılığı ilə mübarizədə kompleks yanaşma olmalıdır
12:06 20.07.2023
Cəmiyyət
625
Mobillik əsas şərtdir
Problemin həlli üçün bu məsələyə aidiyyəti olan bütün qurumların fəaliyyət göstərməsi vacibdir
Məişət zorakılığı ilə bağlı mobil tətbiqin yaradılması gündəmdədir. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. Komitə sədri qeyd edib ki, məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq hələ ki yoxdur. Lakin qeyri-hökumət təşkilatları bununla bağlı bir təklif verib. “Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda müvafiq bir məlumat ictimaiyyətə bildiriləcək",- deyə B.Muradova əlavə edib.
Məişət zorakılığı ilə bağlı mobil tətbiq nəyi dəyişəcək? Suala cavabında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a bildirdi ki, məişət zorakılığı ilə mübarizədə kompleks yanaşma olmalıdır:

" Mobil tətbiq nədir, izah edim. Mobil tətbiq tərəflərin eyni zamanda mobil fəaliyyət göstərməsi, prosesə eyni anda qoşulub problemi həll etməyə çalışmasıdır. Məsələn, bir şəxs, fərqi yoxdur, qadın və ya kişi, məişət zorakılığına məruz qalır və müvafiq sığınacağa yerləşdirilir. Sonra nə baş verir? Faktiki heç nə. Bu şəxs uzun müddət sığınacaqda qalır, problem isə həll edilmir. Problemin həlli üçün bu məsələyə aidiyyəti olan bütün qurumların fəaliyyət göstərməsi vacibdir. İcra hakimiyyəti işi təşkil etməli, şəxslə maraqlanmalıdır. Dövlət Komitəsi monitorinq aparmalı, vəziyyəti yerində araşdırmalı, səhiyyə təşkilatı şəxsin sağlamlığı ilə, ədliyyə hüquqlarının müdafiəsi ilə, polis səbəbkarın üzə çıxarılması, hüquqi prosedurların icrası, Sosial Xidmətlər Agentliyi qiymətləndirmə aparmaq üçün şəxsin mənzilinə səfər təşkil etməli, Məşğulluq idarəsi işlə təminat məsələsinə baxmalıdır. Belə bir mobil sistem olmalıdır və hər bir qurum öz vəzifəsini yerinə yetirmək üçün eyni zamanda fəaliyyətə başlamalıdır. Biz İşçi qrupun yaradılmasını təklif etmişik. İcra hakimiyyətləri nəzdində İşçi qruplar var. Amma bu yalnız icra hakimiyyəti nəzdindədir. Bütün dövlət qurumlarını əhatə edən, nümayəndələrin təmsil olunduğu İşçi qrup yaradılmalıdır. Bunun nümunəsi Almaniyada var. İşçi qrup toplaşır və hər bir nümayəndə, təmsilçi konkret hadisə ilə bağlı hansı işi gördükləri barədə hesabat verirlər. İnsan alveri ilə mübarizədə milli istiqamətləndirmə mexanizmi mövcuddur. Hər qurumdan orada məsul şəxslər təmsil olunur və kimin hansı işi görəcəyi məlumdur. Amma məişət zorakılığı, uşaq hüquqlarının müdafiəsi ilə bağlı belə bir mexanizm yoxdur. Mobillik də yoxdur. Tutalım, hər hansı bir uşağın təhsildən yayınma halı müəyyənləşdi. Sonra nə olacaq? Hara ötürüləcək bu məlumat, kim, hansı qurum bununla məşğul olacaq və ya olur? Bu məsələlərdə pərakəndəlik var. Demirəm, iş görülmür, görülür, lakin yarımçıq qalır. Ona görə də problemlərin həllini tapması uzun zaman aparır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm