Metroda QR bilet istifadəçilərinin sayı kəskin artıb
Yusif Nəzərli
06:35 08.08.2024
Cəmiyyət
301
2024-cü ilin ilk 6 ayı ərzində Bakı metropolitenindən QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyul ayı ərzində bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.
“APA-Economics” "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, 7 ay ərzində istifadəçi sayı 3 milyonu keçərək 3 milyon 145 min 544 sərnişin olub. Başqa sözlə, il ərzində metropolitendəki QR bilet istifadəçilərinin 40.1 %-i məhz iyul ayında bu xidmətə müraciət edib. Yaxud təkcə iyul ayında daşınan QR bilet istifadəçilərinin sayı 6 ayda daşınmış sərnişinlərin 67 %-i qədər olub.
Qeyd edilib ki, ayların müqayisəli statistikasına nəzər saldıqda, iyun ayında əldə olunmuş rekord göstərici bütün daşınmış ödənişli sərnişinlərin 4.2%-i idisə, artıq iyulda bu rəqəm 7.7 %-ə çatıb. QR biletdən ən çox istifadə olunmuş iyun ayı ilə müqayisədə isə iyulda artım 69.2 % təşkil edib.
Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı da iki dəfəyə yaxın artıb. İyun ayında orta statistik hesabla bir gün ərzində 24 min 838 sərnişin QR biletlə metroya daxil olmuşdusa, iyulda bu rəqəm 40 min 668 olub. İyulun QR biletlə rekord daşıma göstəricisi ayın 30-da qeydə alınıb – 49 min 394 (iyunda rekord rəqəm ayın 28-də qeydə alınmışdı - 38 min 890).
Stansiyalar üzrə statistik məlumatlarda ilk dəfə aylıq göstərici 100 min həddini aşıb (əvvəlki göstərici iyun ayında qeydə alınaraq, 70 min 36 sərnişin təşkil edib). Aylar üzrə liderliyini qoruyan “28 May” stansiyasına 109 min 180 sərnişin QR biletlə daxil olub. Digər stansiyalar arasında “Koroğlu” özündən əvvəldə olan iki stansiyanı keçərək. ikinci pillədə qərarlaşıb – 99 min 638. “Gənclik” (93 min 83), “Nərimanov” (90 min 479) və “20 Yanvar” (89 min 105) QR bilet üzrə metropolitenin ilk beşliyində olan stansiyalardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm