
Mütəxəssis: Qida bir gün qaldı, zay olur
Mütəxəssis: Qida bir gün qaldı, zay olur
Yusif Sultanoğlu
10:05 10.07.2024
Cəmiyyət
620
Bağçalar və digər təhsil müəssisələrində sağlam qida məhsullarına üstünlük verilməlidir
“Süd, ağartı və toyuq məhsulları ciddi nəzarətdən keçməlidir. Toyuqlarda mikrobioloji çirklənmə olduğu zaman, bu, uşaqlara da təsir edir”
Məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı pilot layihə icra edilir. Bunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu”, “Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul” ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib. “Ötən ildən etibarən paytaxtın Binəqədi, Nərimanov, Nizami və Səbail rayonlarında, eləcə də Mingəçevir, Gəncə, Bərdə, 2024-cü ilin yanvarından isə Yevlax, Tərtər, Ağcabədi və Bakının Yasamal, Nizami, Xətai və Sabunçu rayonlarında qidalanma ilə bağlı pilot layihə icra edilir.
Layihəyə əsasən, isti yeməklər “caterinq” şirkətləri tərəfindən çatdırılır. Müəyyən müəssisələrdə isə bağçaların özlərində hazırlanır”, - deyə o bildirib.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə “Sherg.az”a açıqlamasında bildirib ki, uşaqların sağlam qidalanması mühüm şərtdir. Bağçalar və digər təhsil müəssisələrində sağlam qida məhsullarına üstünlük verilməli, səhərə qida məhsulları saxlanılmamalıdır. Pilot layihəni dəyərləndirən A.Salamovun sözlərinə görə, uşaq bağçalarını isti yeməklə təmin edən ketrinq şirkətinin hansı şərtlərdə fəaliyyət göstərməsi çox vacibdir:

“Xüsusən də orada çalışan işçi heyətinin 6 aydan bir tibbi müayinədən keçməsi ilə bağlı müvafiq qaydalar tətbiq edilməlidir. Uşaqların sağlamlığı baxımından qida zəncirində qırılmaların olub-olmaması, riskli qidaların bişirilmə və ərzaqların saxlanılma şəraiti, yeməklərin isti qalmasını təmin etmək üçün hansı qablarda daşınacağı da vacibdir. Şirkətə daxil olan məhsulların mənşəyi araşdırılmalıdır. Onun hansı temperaturda oraya çatması məlum olmalıdır. Bəlkə həmin ketrinq şirkəti daha çox gəlir əldə etmək üçün ucuz qiymətə cücərmiş və vaxtına az qalmış ərzaqları alıb yeməklərdə onlardan istifadə edir? Bütün bunlara ciddi nəzarət olunmalı və mütəmadi reydlər keçirilməlidir. Süd, ağartı və toyuq məhsulları ciddi nəzarətdən keçməlidir. Toyuqlarda mikrobioloji çirklənmə olduğu zaman, bu, uşaqlara da təsir edir. Ketrinqə gələn ətin emalına ciddi fikir verilməlidir. Onun hansı temperaturlu otaqda emalına ciddi nəzarət tətbiq edilməlidir. Həmçinin onun emal prosesinə fikir verilməlidir. Bütün bunları araşdırmaq lazımdır. Onların şəraiti, temperaturu, hətta ərzaq doğranılan taxtanın təmizliyi araşdırılmalıdır. Ət doğranılan taxta ilə tərəvəz taxtaları ayrılmalıdır. Bu da uşaqlar arasında zəhərlənməyə səbəb olur. Soyuq depolar da yoxlanılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual