Muxtar Babayev: “Oxçuçayın çirkləndirilməsi problemi hələ də həll olunmayıb”
Yusif Nəzərli
11:33 29.06.2022
Cəmiyyət
338
“Azərbaycan Oxçuçayın çirkləndirilməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib, amma təəssüf ki, bu problem hələ də həll olunmayıb”.
“Report”un müxbiri Zəngilandan xəbər verir ki, bunu Azərbaycanın ekologiya naziri Muxtar Babayev “Su ehtiyatlarının davamlı idarə olunması üzrə tərəfdaşlığın və fəaliyyətlərin təşviqi” mövzusunda Beynəlxalq Su Konfransında çıxış edərkən bildirib.
O, dünyanın sudan asılı olduğunu və ondan düzgün istifadə edilməsinin zəruriliyini vurğulayıb: “Hazırda, demək olar, bütün qitələrdə su çatışmazlığı müşahidə olunur. Azərbaycan da bu problemdən əziyyət çəkir”.
Onun sözlərinə görə, Azərbaycanda su siyasəti, sudan istifadə ilə bağlı fəaliyyət planı işlənib hazırlanıb.
"Biz transsərhəd əməkdaşlığa xüsusi diqqət ayırırıq, su ilə bağlı Konvensiyaya qoşulmuşuq. Su resurslarından istifadə üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət etmək vacibdir. Biz su üzrə Konvensiyanın ratifikasiya olunmasına çağırırıq”.
Nazir bildirib ki, Zəngilan məcburi köçkünlərin geri qayıdacağı ilk rayon olacaq: “Azərbaycanın işğaldan azad edilmiş digər rayonları kimi, Zəngilan da işğal dövründə tamamilə dağıdılmışdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya