
Nağıyevin nəvəsi 1 milyardlıq mirası ala biləcək? - RƏY
Yusif Nəzərli
13:39 21.07.2023
Cəmiyyət
597
“Biz bilmirik ki, Musa Nağıyevin vəsiyyətində nə yazılıb” Bəlkə milyonçu pullarını xeyriyyə məqsədilə İsveçrə dövlətinə bağışlayıb Varislər İsveçrə hökumətinə rəsmi müraciət etməli və detalları dəqiqləşdirməlidirlər
Azərbaycanlı milyonçu və xeyriyyəçi Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva babasının İsveçrə bankındakı pullarını geri ala bilmədiklərindən danışıb. Bu barədə D.Nağıyeva "Elgizlə izlə" verilişində söhbət açıb. Deyilənə görə, milyonçunun İsveçrə bankında 413 milyon qızıl pulu olub. XIX əsrdən bu günədək pulun üzərinə əlavə edilən faizlər nəticəsində miqdar 1 milyarda çatıb. Lakin varislər pulu bankdan ala bilmirlər. İsveçrə bankı varislərdən kod tələb dir. Varislərsə, təbii ki, kodu bilmir. Bir müddət öncə mediaya açıqlama verən Nağıyevlər ailəsinin üzvləri bildirirdi ki, tək istəkləri babalarının varidatını xarici banklardan geri almaq və həmin pula Bakıda iki bina tikdirməklə Musa Nağıyevin 100 binanın sahibi kimi adını tarixə salmaqdır. Milyonçu özü Bakıda 98 bina tikdiribmiş.
Məsələ hüquqi yolla həllini tapa bilərmi?
“Sherg.az”a açıqlamasında hüquqşünas İradə Cavadova qeyd etdi ki, varislər İsveçrə hökumətinə rəsmi şəkildə müraciət etməlidirlər:
- Kod məsələsi inandırıcı deyil. Çünki varislərin həmin kodu bilməsi qeyri-mümkündür. Hesab edirəm ki, varislər varis olduqlarını təsdiq edən sənədləri İsveçrə hökumətinə, milyonçununu pulu hansı bankdadırsa, ora göndərməlidir. Rəsmi müraciət etməlidirlər və müraciətlərində istəklərini dəqiq qeyd etməlidirlər. Xarici ölkələrdə varislik, mülk, əmlak məsələlərinə xüsusi diqqət yetirilir. İsveçin mərkəzi bankı var. Əgər M.Nağıyevin varidatı o bankdadırsa, varislər ora müraciət etməlidir. Rəsmi sorğu göndərə bilərlər. Biz bilmirik, M.Nağıyevin varisləri banka necə müraciət edib, ümumiyəytlə, ediblərmi? Bu işi kim aparıb? İsveçrə insan hüquqları, əmlak, mülkiyyət hüquqlarına hörmət edən dövlətdir. Bu dövlətin varislərin müraciətinə mənfi cavab verəcəyini düşünmürəm. Sadəcə, bu iş varislik məsələlərini dəqiq bilən mütəxəssis tərəfindən aparılmalıdır. Qanunları bilmək və ona uyğun davranmaq lazımdır.

İ.Cavadova milyonçunun pulları hansı şərtlər altında İsveçrə bankına qoyduğu barədə də məlumatın olmadığını dedi:
- Biz bunu da bilmirik ki, Musa Nağıyev hansı şərtlərlə pullarını İsveçrə bankına qoyub, vəsiyyətində nə yazılıb, kim ala bilər o pulu, kim ala bilməz. Bəlkə milyonçu pullarının xeyriyyə məqsədilə dövlət tərəfindən istifadə edilə biləcəyini qeyd edib? Bəlkə o pullar hansısa işlərə sərf olunub? Bunları bilmirik. Ona görə də deyirəm ki, varislər rəsmi müraciət etməli və detalları dəqiqləşdirməlidirlər. Hesab edirəm ki, varislər varisliklərini təsdiq edən sənədləri rəsmi şəkildə təqdim etsələr, İsveçrə hökuməti də, İsveçrə mərkəzi bankı da müraciətə müsbət yanaşar və konkret cavab verilər.
İ.Cavadova bildirdi ki, ötən əsrlərdə notariat işləri dəqiq aparılırdı:
- Hətta mənə Çar Rusiyasında 1903-cü il tarixli notariat qaydada təsdiqlənmiş sənəd gətirən şəxs olub. Və bu sənəd əsasında hüquqi prosedur icra edilib. İsveçrə də qanuna riayət edən dövlətdir. Sadəcə, bu işin ardınca düşmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya