Nazirlikdə Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
Yusif Nəzərli
13:34 13.06.2022
Cəmiyyət
336
Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Türkiyə və Azərbaycan tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar və ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri dövlət başçılarının sayəsində bu gündə ən yüksək səviyyədədir.
Türkiyə və Azərbaycan arasında tibb sahəsində qarşılıqlı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirən Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin cari ilin may ayında qardaş Türkiyəyə işgüzar səfərini xatırladıb:
“İkigünlük səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ilə görüş zamanı olduqca səmərəli müzakirələr apardıq. Qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək bizim üçün olduqca faydalıdır”.
Rəqəmsallaşdırmanın iqtisadiyyatda labüd bir proses olduğunu diqqətə çatdıran Teymur Musayev deyib ki, səhiyyə də iqtisadiyyatın bir sektoru olaraq gələcəyini yalnız rəqəmsallaşdırmanın üzərindən görür.
“Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdir”, - deyə nazir vurğulayıb.
Öz növbəsində DEİK-in nümayəndələri tibbi turizm, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıblar.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz