Nazirliyin rüşvətə görə saxlanılan sabiq vəzifəli əməkdaşlarına neçə il cəza verildi?
Nazirliyin rüşvətə görə saxlanılan sabiq vəzifəli əməkdaşlarına neçə il cəza verildi?
Yusif Nəzərli
08:46 09.06.2022
Cəmiyyət
410
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri Oruc Məmmədova və Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində keçmiş baş mütəxəssisi Münəvvər Cabbarovaya hökm oxunub.
“Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, O.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib, qadına isə şərti cəza verilib.
Qeyd edək ki, Baş Prokurorluğun 2020-ci ildə yaydığı məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.
17 dekabr 2020-ci il tarixdə O.Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hörmüz boğazı müharibə zonasına çevrilir” - ŞƏRH
17:26 04.05.2026
Gündəm
Qazaxıstan Yaponiyaya neft ixrac edə bilər
17:17 04.05.2026
Gündəm
MVA “Yaşıl Yol Xəritəsi” üzrə yeni layihəyə başlayır
17:07 04.05.2026
Ölkə
“Space” televiziyasına yeni direktor təyin edilib
16:30 04.05.2026
Media
Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
16:17 04.05.2026
Gündəm
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman