Nəhayət, Nazirlər Kabineti müzakirələrə son qoydu
Yusif Nəzərli
13:33 26.07.2023
Cəmiyyət
659
Bundan sonra avtomobillərin parklanmasından əldə olunan gəlirlər ayrı-ayrı şəxslərin cibinə deyil, dövlət büdcəsinə gedəcək
Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” qüvvəyə minir.
Qərara əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq.
Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanacaq. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. Eyni zamanda fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.
Qərara əsasən, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği zonalar üzrə müəyyənləşib. Beləliklə, parklanmaya görə ödəniş tələb olunacaq Bakı, Sumqayıt və Gəncə zonalara bölünəcək.
Hüquqşünas Ərşad Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, avtomobillərin parklanmasından yığılan vəsaitlərin kimlər tərəfindən idarə olunması və hara getməsi cəmiyyət tərəfindən narazılıq doğuran bir məsələ idi:
“Nəhayət, Nazirlər Kabineti bu barədə yekun qərar qəbul edib. Bundan sonra həmin məbləğ büdcəyə gedəcək və yəqin ki, bu məbləğ avtomobil nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində xərclənə bilər.
Hökumətin yeni qərarı ilə Bakı, Sumqayıt və Gəncədə zonalara uyğun parklanmaya görə müəyyən olunan ödənişlərin tətbiqinə başlanır.
Fikrimcə, avtomobillərin parklanmasını və buna görə vəsaitlərin yığılmasını həm beynəlxalq təcrübə, həm də hazırda dövriyyədə olan ödəniş sistemləri nəzərə alınmaqla sivil qaydada təşkil etmək lazımdır. Burada əsas prinsiplər ondan ibarət olmalıdır ki, şəffaflıq təmin edilsin, ödənişlər ayrı-ayrı şəxslərin cibinə deyil, dövlət büdcəsinə və yaxud da büdcəyə bağlı olan digər hesablara getsin. Eyni zamanda insanlardan əlavə nəsə tələb olunmasın, müxtəlif xoşagəlməz, neqativ hallar baş verməsin. Bunun üçün də müasir ödəniş vasitələrindən, ödəniş sistemlərindən istifadə daha düzgün olar. Onlardan da ən yaxşısı nağdsız ödəniş sistemidir. Burada əsas üstünlük ondan ibarətdir ki, parklanma haqları nağdsız qaydada ödəniləcək. Kimlərinsə əlavə pul alması və yaxud onu müəyyən olunmuş hesablara köçürməməsi kimi hallar olmayacaq. Üstəlik, park nəzarətçilərinin pul məsələlərində iştirakı sıfıra bərabər olacaq. Çünki onlar pulların qəbulu və mədaxil proseslərində iştirak etməyəcəklər. Park nəzarətçiləri yalnız avtomobil sahiblərinə ödəniş alətlərindən, ödəniş vasitələrindən istifadə ilə bağlı müəyyən məsləhət verə, onlara yardım edə biləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm