Nöqtə qoyulacaq ! - “Qarabağda antiterror əməliyyatı...”
Fidan Həmişəyeva
12:40 11.03.2021
Cəmiyyət
1467
“Azərbaycandan ötrü canını qoymağa hazır olan peşəkar hərbçilər və ağıllı Ali Baş Komandan var”
“Yanımızda Türkiyə kimi qüdrətli dövlət və nüvə silahı olan Pakistan dayanır”
“Rusiya da bunları nəzərə almalıdır”
Dünən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub. TASS-ın məlumatına görə, nazirlər Dağlıq Qarabağdakı mövcud vəziyyəti, həmçinin, hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyindən bildirilib:
“Söhbət əsnasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərinə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda vəzifələrini yerinə yetirdiyi ərazilərdəki mövcud vəziyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub”.
Məlum telefon danışığını “Sherg.az”a dəyərləndirən siyasi elmər namizədi, politoloq Cümşüd Nuriyev bildirib ki, Şoyqunun bu qədər fəallığı anlaşılan deyil:
“Rusiya məkrli siyasətini həyata keçirmək üçün Ermənistanın Müdafiə Naziliyindən bir vasitə kimi istifadə edir. Bu telefon danışığı ilə Azərbaycana mesaj verirlər. Yəni Ermənistanla bir yerdəyik. Eyni zamanda Paşinyanın da diqqətinə çatdırırlar ki, istədiyimiz vaxt səni yıxa bilərik, lakin bunu etmirik.
Hadisələrin gedişi onu göstərir ki, Qarabağda ruslarla ermənilər növbəti provokasiya hazırlayırlar. Provokasiyanın hansı bölgədə olacağını deyə bilmərəm, hər halda Xankəndinin ətrafında baş verəcək. Artıq Qarabağın əldə düzəltmə “ombudsmanı” deyir ki, Qarabağda 120 min erməni var. Ümumiyyətlə, tarixən bölgədə heç vaxt 100 minə yaxın əhali yaşamayıb. Bu, birmənalı olaraq belədir”.
Politoloq qeyd edib ki, Rusiya yenə də xəyanətkar siyasətini həyata keçirir:
“Təəssüf ki, S.Şoyqu da bu siyasətdə bir alətdir. O, özünə aid olmayan məsələlərlə məşğuldur. Rus sülhməramlılarının Qarabağda fəaliyyəti bunu göstərir. Şoyqunun erməni müdafiə naziri ilə nələri müzakirə etdikləri məxfidir. Bəlkə də, bilirlər ki, onların danışıqları yazıla bilər. Ona görə də ümumi məsələləri müzakirə ediblər”.
C.Nuriyevin sözlərinə görə, ermənilər elə fikirləşməsinlər ki, onların arxasında rus sülhməramlıları dayanır:
“Bir şeyi anlamırlar ki, Azərbaycanın Şuşanı azad edən, dünya praktikasında olmayan xüsusi təyinatlı qüvvələri var. Növbəti aylarda Azərbaycan antiterror əməliyyatlarını həyata keçirə bilər. Bu əməliyyatlar da uğurla nəticələnəcək.
Ermənilər başa düşməlidir ki, Azərbaycandan ötrü canını qoymağa hazır olan peşəkar hərbçilər və ağıllı Ali Baş Komandan var. Eyni zamanda yanımızda Türkiyə kimi qüdrətli dövlət və nüvə silahı olan Pakistan dayanır. Rusiya da bunları nəzərə almalıdır.
Vladimir Putin papağını qabağına qoyub fikirləşsin ki, Azərbaycan kimi dövləti düşmənə çevirmək ona lazımdır ya yox? Şoyqunun erməni həmkarına zəng etməsi xoş olan bir gedişat deyil.
Amma nə qədər zəng etsə də, bunun biz aidiyyəti yoxdur, daxili işləridir. Ancaq düşünməsinlər ki, bu danışıqlarla Azərbaycana qarşı təzyiq göstərə biləcəklər. Nə ölkəmiz, nə də mövcud situasiya əvvəlki kimidir. Xalqımız belə telefon danışıqlarından narahat olmalı deyil.
Çətin bir məqamda Qarabağı azad edən Ali Baş Komandan və ordumuz yenə də eyni qələbə çalmağa hazırdır. İnanıram ki, yaxın 2 ay ərzində-növbəti antiterror əməliyyatından sonra Qarabağ məsələsi gündəmdən çıxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat