Prezidentin təltif etdiyi 21 qadına dövlət mükafatları təqdim edilib - FOTO
Yusif Nəzərli
16:28 06.03.2023
Cəmiyyət
459
Azərbaycan Prezidentinin sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
“Report” xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, deputat Hicran Hüseynova və ölkənin ictimai-siyasi həyatında fərqlənən bir sıra qadınlar iştirak ediblər.
Daha sonra F.Əliyeva Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu oxuyub.
Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, ölkənin ictimai həyatında yaxından iştirak edən 21 qadın Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib:
“Düşünürəm ki, bu onların həyatında ən əlamətdar günlərdən biridir. Bu həmin şəxslərin fəaliyyətinə verilən dəyərdir. Həmçinin gələcəkdə daha geniş işlərə ruhlandırmaq üçün etimaddır. Son üç ildə 47 qadın dövlət mükafatlarına layiq görülüb. Bu, Azərbaycan qadınlarına verilən qiymətdir. Onların Azərbaycan cəmiyyətində, dövlətin ictimai həyatında rolunun artırılmasına, daha çox cəmiyyət üçün çalışmasına, müxtəlif dəyərlərin bərqərar olmasına ruhlandırmaqdır. Sizi əmin edirəm ki, Dövlət Komitəsi olaraq bundan sonra da bütün Azərbaycan qadınları ilə birgə dövlətə, xalqa faydalı olmaq üçün çalışacağıq”.
Sonda təltif olunan qadınlara mükafatlar təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq