Qazinin lazer epilyasiyasına hərbi formada getməsi müzakirə doğurdu – OLMAZ! + Video
Yusif Nəzərli
15:32 21.12.2021
Cəmiyyət
714
"Tutalım, hər hansı mərkəz qaziyə güzəştli və yaxud ödənişsiz xidmət göstərirsə, reklam etməməlidir”
“30-35 manat civarında bir proseduru pulsuz, yaxud endirimə salıb, qazinin adından istifadə edib özləri üçün nüfuz qazanırlarsa, bu “qara piyar”dan başqa şey deyil”
Sosial şəbəkələrdə reklam formasında yayılan hərbi formada olan şəxsin lazer epilyasiya proseduru müzakirələrə səbəb olub. Bununla da “hərbi geyimi belə məkanlarda geymək olmaz” məsələsi yenidən gündəmə gəlib. Bəziləri sözügedən formadan sui-istifadə edir və şəxsi məqsədlərini həyata keçirirlər. Qeyd etmək lazımdır ki, hərbi geyimi müqəddəs hesab edən ekspertlər də var. Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da mediaya açıqlamalarından birində "bu cür müqəddəs formanın mahiyyətini və anlamını dərk etməliyik" deyə vurğulayıb.
Hərbi formanın özəl məqsədlərlə istifadə edilməsi ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, belə reklamlarla həm şəhidlərin, həm qazilərin, həm də dövlətin adına xələl gətirirlər:
"Tutalım, hər hansı mərkəz qaziyə güzəştli və yaxud ödənişsiz xidmət göstərirsə, reklam etməməlidir. 30-35 manat civarında bir proseduru pulsuz, yaxud endirimə salıb, qazinin adından istifadə edib özləri üçün nüfuz qazanırlarsa, bu “qara piyar”dan başqa şey deyil.
Məni narahat edən məsələ qazinin həmin prosedura hərbi formada, medalları ilə getməsidir. O proseduru adi halda, normal geyimdə etdirə bilərdi. Mən onlara qazi demək istəmirəm, bu həqiqi qazilərin haqqına girmək olar. Bəzi müharibə iştirakçıları müharibə adından yararlanırlar, hərbi formanı əyinlərindən çıxarmırlar. Formanın sayəsində özünə qarşı diqqət, eyni zamanda maddi və mənəvi hörmət gözləyir.
Ona görə belə insanların addımları müharibədə can qoymuş qazilərimizə haqsızlıqdır. Həmin xidmət mərkəzi daxil olmaqla bununla bağlı ölçü götürmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat