Neft ucuzlaşdı

3 noyabrda keçirilən ticarət sessiyasında Şimal dənizi “Brent” markalı xam neftinin birja qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib.

Teleqraf xəbər verir ki, bu haqda “Investing” məlumat yayıb.

Bakı vaxtı ilə saat 20:40-a olan məlumata görə, sözügedən xammalın bir barelinin qiyməti 1,26 faiz və ya 1,34 dollar azalaraq 103,4 dollara düşüb. Qiymət ən aşağı nöqtədə 100,82 dollara qədər geriləyib. Beləliklə, “Brent” neftinin qiyməti 7 oktyabrdan bəri ən aşağı səviyyəyə çatıb.