Xırdalanda 12 yaşlı uşaq itkin düşüb

Xırdalanda 12 yaşlı qız uşağı itkin düşüb.

DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, şəxs axtarışa elan olunub.

İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür.