Məktəbin həyətində ağacı yandırıb gülərək video çəkdilər - 2 şagird saxlanıldı

Türkiyənin İzmir şəhərinin Konak rayonunda bir qrup şagirdin məktəbin həyətindəki palma ağacını qəsdən yandıraraq alovların qarşısında gülə-gülə video çəkməsi sosial şəbəkələrdə etiraz doğurub.

Sherg.az xəbər verir ki, görüntülərin sosial şəbəkə hesablarında paylaşılmasından sonra polis araşdırmaya başlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən iki şagird saxlanılıb. Məktəb rəhbərliyi də ağacı yandırdıqları müəyyən edilən şagirdlərlə bağlı intizam araşdırması başladıb.

Araşdırma çərçivəsində şagirdlərin valideynlərinin də məktəbə çağırıldığı bildirilib.