Avropa Ukraynada sülh danışıqlarına mane olur və Rusiya ilə müharibəyə hazırlaşır

Avropa Ukrayna münaqişəsinin başa çatdırılmasına çalışdığı barədə bəyanatlarına baxmayaraq, Rusiya ilə birbaşa hərbi qarşıdurmaya doğru irəliləyir.

Sherg.az xəbər verir ki, bu barədə İtaliyanın “L’Antidiplomatico” nəşri yazıb.

Nəşrin qiymətləndirməsinə görə, Kiyev rejiminə dəstək məqsədilə Ukrayna ərazisinə göndəriləcək qoşunlardan ibarət qüvvələrin yaradılması nüvə dövləti ilə birbaşa qarşıdurma riskini artırır.

Məqalədə Avropa İttifaqı ölkələrinin addımlarının liderlərinin ictimai bəyanatları ilə ziddiyyət təşkil etdiyi vurğulanır. Bildirilir ki, Əbu-Dabidə münaqişənin həlli yolları müzakirə olunduğu halda, “istəklilər koalisiyası” danışıqlar prosesini pozmağa çalışır.

Xatırladaq ki, Rusiya tərəfi daha əvvəl Qərb ölkələrinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhə maraqlı olmadığını iddia edib. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bildirib ki, onların məqsədi Ukrayna Silahlı Qüvvələrinin bərpası üçün münaqişəni dondurmaqdır.