ABŞ yaxın vaxtlarda İrana yeni zərbələr endirməyi planlaşdırmır.
Sherg.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Nəşrin məlumatına görə, Tramp Konqresə aralıq seçkilərdən sonra Vaşinqtonun İranla münaqişəni daha da gərginləşdirməyə hazırlaşdığı barədə iddiaları təkzib edib.
Ağ Ev rəhbəri İran ətrafında mövcud vəziyyətin onu qane etdiyini söyləsə də, mümkün eskalasiyaya qarşı ABŞ-ın hazırlıqlı olduğunu vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ silahlı qüvvələri İranın Qeşm adasındakı hərbi obyektlərə zərbə endirib. Ağ Ev nümayəndələri Vaşinqtonun son həftələrdə İrana qarşı keçirdiyi hərbi əməliyyatları müdafiə xarakterli adlandırıblar.