Finlandiyalı siyasətçi NATO-nun Ukrayna ilə bağlı hesablamasını səhv adlandırıb

Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema NATO-nun Ukraynada Qərb qoşunlarının yerləşdirilməsinin Rusiya ilə nüvə eskalasiyasına səbəb olmayacağına dair əminliyini tənqid edib.

Sherg.az xəbər verir ki, siyasətçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“NATO elitası əmindir ki, Ukraynada Qərb qoşunlarının yerləşdirilməsi Rusiya ilə nüvə eskalasiyasına gətirib çıxarmayacaq. Xeyr, xeyr və bir daha xeyr. Bu, böyük səhvdir!” – deyə Mema bildirib.

Qeyd edək ki, Armando Mema daha əvvəl də Qərb qoşunlarının Ukraynaya göndərilməsinin hərbi eskalasiya riski yaratdığı barədə xəbərdarlıq etmişdi. O, belə bir addımın Avropa ölkələrini Rusiya ilə genişmiqyaslı münaqişəyə cəlb edə biləcəyini vurğulamışdı.