Qəzada ölən polkovnik-leytenantın ailəsi sürücünü BAĞIŞLADI
Yusif Nəzərli
12:21 10.06.2022
Cəmiyyət
483
2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş polkovnik-leytenant Şöhrət Namazov srağagün faciəli şəkildə həyatını itirib.
Bir müddət əvvəl ehtiyata buraxılan zabit Gəncə şəhərində yolu keçmək istəyərkən, onu avtomobil vurub. Müharibə veteranı hadisə nəticəsində dünyasını dəyişib.
Mərhumun qohumları Modern.az-a bildiriblər ki, hadisə Ş.Namazovun evinin yaxınlığında baş verib. Axşam saat 22:00 radələrində yolu keçməyə çalışan zabiti maşın vurub. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.
“Şöhrətin bir oğlu, bir qızı var. Böyük uşağı 12, kiçiyi isə 10 yaşındadır. Yeni təqaüdə buraxılmışdı. Qardaşı mülki həkim idi, amma o da Şöhrət kimi döyüşə yollandı və qazi oldu”.
Qohumlarının dediyinə görə, ölümə səbəb olan sürücü saxlanılsa da, mərhum zabitin ailəsi həmin şəxsdən şikayətçi olmadığını bildirib:
“Ailəsi şikayətçi olmadı, amma onu maşınla vuran sürücü saxlanıldı. Şöhrət Namazov “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ailəsinə deyibmiş ki, daha 2 medal da alacaq, amma qismət olmadı”.
Qeyd edək ki, məlum hadisə Gəncə şəhərinin Nizami prospektində baş verib. Gəncə sakini R.İsmayılov idarə etdiyi KİA markalı avtomobillə yolu keçən piyada Şöhrət Namazovu vurub. O, xəstəxanaya aparılarkən ölüb.
Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hörmüz boğazı müharibə zonasına çevrilir” - ŞƏRH
17:26 04.05.2026
Gündəm
Qazaxıstan Yaponiyaya neft ixrac edə bilər
17:17 04.05.2026
Gündəm
MVA “Yaşıl Yol Xəritəsi” üzrə yeni layihəyə başlayır
17:07 04.05.2026
Ölkə
“Space” televiziyasına yeni direktor təyin edilib
16:30 04.05.2026
Media
Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
16:17 04.05.2026
Gündəm
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman