
Rəqabət Məcəlləsində bir sıra boşluqlar görünür - RƏY
21:15 27.09.2023
Cəmiyyət
688
Məmura icazə verilir ki, sanksiyanı sonradan ləğv edə bilər, bu isə korrupsiya ehtimalını gündəmə gətirir
“Əgər Rəqabət Məcəlləsində qeyd olunan qaydalar ədalətli şəkildə icra edilməsə, bu qanun bazar iqtisadiyyatına xeyirdən çox zərər verə bilər. Məcəllə kiminsə tapşırığı ilə başqa bir sahibkarın biznesinin yıxılması alətinə çevrilməməlidir” Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub. 26 sentyabrda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. İctimai dinləmədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məhəmməd Abbasbəyli və İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-nin təmsilçiləri, ekspertlər və mütəxəssislər iştirak edib.
Qeyd edək ki, bu Məcəllə Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Rəqabət Məcəlləsi ilə bağlı parlamentdə keçirilən müzakirələrdə iştirak edən iqtisadçı-ekspert Xalid Kərimli “Sherg.az"a açıqlamasında deyib ki, Rəqabət Məcəlləsi bazar iqtisadiyyatının əsas şərtlərindən biridir. Ən azı Vergi Məcəlləsi, Əmək Məcəlləsi qədər əhəmiyyətli bir qanundur:

“Düzdür, sahibkarlıq fəaliyyətini tənzimləyən digər qanunlar da var, lakin onlar həm 30 il əvvəldən hazırlanıb, həm də icrası effektiv deyil. Sərbəst bazar şəraitində qaydaların müəyyən edilməsi məhz Rəqabət Məcəlləsi ilə tənzimlənir. Hesab edirəm ki, bazar iqtisadiyyatında İqtisadiyyat Nazirliyinin ən vacib vəzifəsi rəqabətli mühit formalaşdırmaqdan ibarətdir. Bazarda rəqabət olmadığı üçün biz davamlı olaraq müxtəlif sahələrdəki inhisardan, süni qiymət artımlarından narazılıq edir. Rəqabət Məcəlləsinin qəbulu bu sahədəki çatışmazlıqların aradan qalxmasına səbəb ola bilər”.
Sözügedən qanun layihəsini dəyərləndirən ekspert sənəddə bir sıra boşluqlar olduğunu deyib. Onun sözlərinə görə, ölkədə şəffaflığın olmaması, şirkətlərin öz məlumatlarını ictimaiyyətə həddindən artıq təhrif edilmiş formada təqdim etməsi qanunun effektiv fəaliyyət göstərməsinə mane ola bilər: “Digər bir mühüm məqam isə rəqabət orqanının özünün təşkili məsələsidir. İşçilərin müstəqillik, etik səviyyəsi necə tənzimlənəcək, onların fəaliyyətinə kim nəzarət edəcək? Sənəddə onların fəaliyyətinə həddindən artıq geniş səlahiyyətlər verilib. Əgər Rəqabət Məcəlləsində qeyd olunan qaydalar ədalətli şəkildə icra edilməsə, bu qanun bazar iqtisadiyyatına xeyirdən çox zərər verə bilər. Məcəllə kiminsə tapşırığı ilə başqa bir sahibkarın biznesinin yıxılması alətinə çevrilməməlidir. Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər yer alıb.
Məsuliyyətlə bağlı sanksiyalar, sanksiyalar nəticəsində toplanmış məbləğin istifadə istiqaməti ilə bağlı sual doğuran hallar var. Qanunda bir o qədər də əhəmiyyətli hesab edilməyən məsələyə görə sanksiyalar nəzərdə tutulub. Eyni zamanda məmura icazə verir ki, həmin sanksiyanı sonradan ləğv edə bilər. Bu isə korrupsiya ehtimalını gündəmə gətirir.
Yığılmış cərimələrin 50 faizinin aidiyyəti orqan işçilərinin əməkhaqlarına yönəldilməsi də neqativ proseslərlə yol aça bilər. Güman edirəm ki, layihənin son variantı daha təkmil olacaq. Əks halda Rəqabət orqanının kifayət qədər yaxşı qurulmaması cəmiyyətin illərdir ümid bəslədiyi qanunun qəbulunun effektiv işləməməsinə gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi