Səhərlər tez hazırlaşmağın 7 yolu

Əgər hər səhər getdiyiniz yerə gecikirsinizsə, daha sürətli hazırlaşmaq üçün bu sadə məsləhətlər sizə kömək edə bilər. Sherg.az tövsiyyələri təqdim edir:

1. Saçınızı tez qurudun

Saçı yuduqdan sonra dəsmalla büküb geyinərkən və ya səhər yeməyi yeyərkən bir müddət saxlayın. Bu, saçın təbii şəkildə qurumasına kömək edəcək və sizə vaxt qazandıracaq.

2. Lazımsız kosmetik məhsullardan imtina edin

Məsələn, göz kremini səhər yox, gecə istifadə etmək daha məqsədəuyğundur. Səhər isə yalnız üz kremindən istifadə etməklə vaxtınıza qənaət edə bilərsiniz.

3. Makiyajı sadə edin

Likid eyeliner əvəzinə qələm istifadə etmək daha sürətlidir. Bütün üzə tonal krem çəkmək əvəzinə yalnız qüsurları örtmək kifayətdir. Stick tonal krem və stick ənlik makiyajı daha tez etməyə kömək edir.

4. Sürətli, amma qidalandırıcı səhər yeməyi seçin

Səhər yeməyini keçirmək düzgün deyil. Vaxt azdırsa, az yağlı və lifli səhər yeməyi məhsulları və süd ilə qısa zamanda qidalanmaq mümkündür.

5. Qısa müddətli idman edin

Uzun məşqlərə ehtiyac yoxdur. Bir neçə dəqiqəlik isinmə və evdə qısa tam bədən məşqi sağlam qalmağa kömək edir.

6. Buxarla paltarları tez ütüləyin

Kiçik buxar cihazı ilə paltarların qırışlarını bir neçə dəqiqəyə açmaq mümkündür. Bu üsul klassik ütüdən daha sürətlidir.

7. Xatırlatma üçün siqnal qurun

Evdən çıxmalı olduğunuz vaxtdan 10 dəqiqə əvvəl alarm qurun. Telefon, açar və pul kisəsi kimi vacib əşyaları isə həmişə eyni yerdə saxlayın.

Bu sadə üsullar səhərlər daha sürətli və stresssiz hazırlaşmağınıza kömək edə bilər.