Şəhid ailələri və qazilər yeni açılmış marşrut xəttindən pulsuz istifadə edəcəklər
Şəhid ailələri və qazilər yeni açılmış marşrut xəttindən pulsuz istifadə edəcəklər
Yusif Nəzərli
06:51 15.06.2022
Cəmiyyət
269
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Nazirlikdən
Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.
Daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcıların müəyyən olunması üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”na uyğun olaraq, 6 aprel 2022-ci il tarixində “Bakı - Füzuli - Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə 12 may 2022-ci il tarixində keçirilib və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunub. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün 20 may 2022-ci il tarixində onunla “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılıb.
Reyslər həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.
Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.
Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.
Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz