Şəhid anasını aldadıb 11 min manatını aldı
Yusif Nəzərli
11:21 29.06.2022
Cəmiyyət
285
Vətən müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir.
Belə ki, o, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.
Onun dələduzluq əməli ilə bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İ.Abdullayev hazırkı cinayət işi üzrə başqa şəxslərin də pullarını mənimsəməkdə təqsirləndirilir. Belə ki, o, bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb. Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir.
Qeyd edək ki, Murad Kəlbiyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya