Şəmkirdə sahibkarlar qaz borcunun ödənişi üçün "Azəriqaz"dan vaxt istəyiblər
Yusif Nəzərli
18:30 21.12.2021
Cəmiyyət
773
"Ölkədə sahibkarlığın inkişafına dəstək məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi sahibkarlıq subyektlərinə maksimum dərəcədə yardım edir. Amma bəzi hallarda sahibkarlar istehlak etdikləri təbii qazın dəyərinə görə yığılan borcların ödənilməsi ilə bağlı üzərinə götürdükləri öhdəliklərə əməl etmirlər".
“Report” xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Şəmkir rayonunda istixana sahibləri ilə növbəti görüşü zamanı bildirib. Sahibkarlar yaranan borcun ödənilməsi üçün Birlikdən əlavə vaxt istəyiblər. Rəşad Cavadov sahibkarlara bu məsələni onların da anlayışla qarşılamalarını, bağlanan protokol şərtlərinə əməl olunmasının vacibliyini sahibkarlıq subyektlərinin nəzərinə çatdırıb.
Birliyin baş direktorunun müavini ilə yanaşı, "Azəriqaz"ın digər məsul şəxsləri, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri "Açıq qapı" aksiyası çərçivəsində təşkil olunan görüşdə istixana sahibləri tərəfindən ünvanlanan bütün suallara aydınlıq gətiriblər.
Aksiyada sahibkarlarla yanaşı, adi vətəndaşların da problemlərini səsləndirmələrinə şərait yaradılıb. Zəyəm kənd sakini Tural Aslanov, Zəyəm və Sabirkənd kəndlərinin kəsişməsində 8 küçədə yaşayan sakinlərin təbii qazdan istifadə edə bilmədiyini bildirib. Alternativ olaraq elektrik enerjisindən istifadə olunması, aylıq sərfiyyatın çox olması çətinlik yaratdığından həmin ərazilərin mavi yanacaqla təmin olunmasını xahiş edib. Görüş iştirakçılarına daxil olan müraciətlərin Birliyin baş direktoruna təqdim olunacağı bildirilib.
Qeyd edək ki, bu görüş "Açıq qapı" aksiyası çərçivəsində ümumilikdə 35-ci, Şəmkir sahibkarları ilə isə sayca ikinci görüşdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat