Sosial şəbəkə, yoxsa partlamağa hazır “bomba”? – “Dava, bıçaqlaşma...”
Fidan Həmişəyeva
14:42 07.04.2021
Cəmiyyət
674
Sosial şəbəkədə mübahisə qətlə səbəb olub. 20 dekabr 2020-ci il tarixində Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Məsimli Səxavət Sübhan oğlu sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində rayon ərazisində yerləşən parkda Fərid Musayevlə görüşüb. Hadisə zamanı heç bir əsaslı səbəb olmadan S.Məsimli F.Musayevin ürək nahiyəsinə bıçaqla xəsarət yetirib.
S.Məsimli Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi zamanı tez-tez mübahisələrin yaşanması günümüzün reallıqlarından biridir. Bəzən istifadəçilərin qarşılıqlı təhqirə əl atdığı da danılmazdır. Bununla bağlı qanunvericilikdə müvafiq maddələr nəzərdə tutulsa da, insanlar hüquqi yolu deyil, əlbəyaxa davanı və şiddəti üstün tutur.
Belə hallara çox rast gəlindiyini deyən sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, xüsusilə Feysbuk sosial şəbəkəsi ölkəmizdə yeni məşhurlaşan zaman cəmiyyətdə dini və ateizm kəsim arasında mübahisələr olurdu:
“Sonralar isə müxalif və iqtidar yönlü insanların çoxsaylı mübahisələri baş verdi. Dövrümüzdə daha çox cinsi arientasiyasına görə, təzyiqə məruz qalan insanlarla sıradan insanlar arasında fikir ayrılığı olur.
Ümumiyyətlə, insanlar onlayn platformada paylaşılan hər bir məlumatı son dərəcə ciddi qəbul edirlər. Lakin sosial şəbəkələr sadəcə müzakirə platformasıdır. Oraya müzakirəyə çıxarılan hər şey ciddi qəbul edilməməlidir. Mövzu müzakirə edilə, tənqidə ehtiyacı varsa, tənqid oluna bilər.
Hətta mübahisələrin də baş verməsi mümkündür. Amma heç bir halda təhqir və kiminsə şəxsiyyətinin alçaldılmasına yol verilməməlidir. Bu səbəbdən də insanların özündə məsuliyyət olmalıdır.
İnsan özünə yaraşdırmadığı sözləri başqasının ünvanına söyləməməlidir. Düzdür, virtual aləmdə şərəf və ləyaqətin alçaldılmasına görə qanunlarımız cəza tətbiq edir. Amma gəlin, görək iki tərəf bir-birini təhqir edəndə onların hansı məhkəməyə müraciət edir?
Heç biri... Hər ikisi məsələni özləri həll etmək istəyirlər. İnsanları yönəltmək lazımdır ki, belə hadisələrdə qanunverici orqanlara şikayət etsinlər. Normal və insani yollarla məsələni sonlandırmaq lazımdır. Bir-birinə qarşı təhqirə keçib, sonra virtual mübahisəni real davaya çevirmək normal deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region