
Sosial şəbəkədə təhqir və böhtana görə hansı cəzalar nəzərdə tutulub? -Hüquqşünasdan AÇIQLAMA
12:02 19.02.2025
Cəmiyyət
730
Tiktok sosial şəbəkəsində əxlaqsız video və fotolar paylaşan Hafiz Xəyyam oğlu Paşayev həbs edilib.
Teleqraf xəbər verir ki, Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Hafiz Paşayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Müəyyən edilib ki, o, Tiktokda istifadəçilərin foto və şəkilləri fonunda nalayiq səslər paylaşıb. Onun barəsində araşdırma başlanıb.
H.Paşayev 16 fevral saat 15 radələrində Polis Şöbəsinin Təhqiqat bölməsinin xidməti otağında olduğu vaxt təhqiqatçının suallarına cavabda "yaxşı elədiyini" bildirib, əsəbiləşərək otaqda səs-küy yaradıb. O, otaqda olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.
İş üzrə izahat verən Hafiz Paşayev özünü təqsirli bilib. Bildirib ki, söyüşlə bağlı olmayan paylaşımlar edib, xanımların foto-şəkillərini yayıb:
“Özümə məxsus 5 saxta sosial şəbəkə profillərindən tanımadığım təxmini 100 xanımın şəkillərini paylaşmışam. Xanımlar mənə qarşı sosial şəbəkədə söyüşlər ünvanlayıblar. Sosial şəbəkədə tanış olmaq üçün onlara yazmışam, pis niyyətim olmayıb. Masallı Rayon Polis Şöbəsinə dəvət olunduğum üçün əsəbi olmuşam. Özümdən asılı olmayaraq söyüş söyməyə başlamışam”.
H.Paşayev barəsində tərtib edilmiş protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim olunub. Fevralın 17-də keçirilən prosesdə qərar verilib. O, 20 gün müddətinə həbs edilib.
Onun cəzasının saxlanıldığı vaxtdan, 16 fevral saat 16:30-dan hesablanması barədə qərar qəbul edilib.
Hüquqşünas Ramil Süleymanov “Sherg.az”a bildirib ki, bu davranış, şəkli paylaşılan şəxslərin açıq aşkar kütləvi informasiya vasitələrində və internet portallarında təhqir olunması maddəsinin təsiri altına düşür:

“Bu isə cinayət əməli hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, şəxsin şəxsiyyətini, ləyaqətini alçaldan paylaşımların edilməsi, onun təhqir olunmasına görə 1000 manatdan-1500 manata qədər miqdarda cərimə və ya 6 aya qədər müddətə azadlıqdan məhrumetmə tətbiq olunur. Əgər bu paylaşımları edən şəxs əməli saxta profillərdən, saxta adlardan istifadə etməklə törətmiş olarsa, bunun sanksiyası 1000 manatdan-2000 manata qədər cərimə və ya bir ilə qədər müddətdə azadlıqdan məhrumetmə cəzasıdır. Qeyd edim ki, məsələ tək cinayət məsuliyyəti ilə yekunlaşmır. Həmin şəxslə bağlı faktiki olaraq şəxsiyyəti alçaldılan və ya hər hansı formada təhqirə məruz qalan şəxsin özünün mülki iddiası da yarana bilər. Həmin mülki iddiaya əsasən, şəxs barəsində istənilən mənəvi və ya maddi təzminat tələb oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm