Taleyinin əksinə üzən adam: Aydın Canıyev – 55
Yusif Nəzərli
07:08 07.03.2023
Cəmiyyət
592
(Bu günlərdə tanınmış jurnalist Aydın Canıyevin 55 yaşı tamam oldu. Yubileyara ehtiramla...)
55 rəqəminin əlini sıxıb, Ona-çağımızın SÖZünü öz hücrəsində qoruyub diri və duru saxlayan, ucalıqların nə olduğunu ağ vərəqlərə bükən, Vətən ömürlü Aydın Canıyevə üz tuturam!
Ömür yolunda ayaq səslərimi eşidirəm...Dayandığı həyat tablosunda alın yazısının bütün rəngləri, səsləri, notları...var. Bəlkə də əzəldən belədir. Taleyinin əksinə üzənləri hardasa bir ata qəbri, ana ağrısı, qadın heykəli, övlad yalqızlığı...izləyər. Aydın Canıyev taleyinin əksinə üzən, bircə öz adının yaxasından yapışıb bu günə kimi boğulmağdan xilas olan adamlardandır. O ən gözəl sevginin içində pıçıltılı nifrət, ən ağır nifrətin içində əlçatmaz sevgi, ən böyük ayrılığın içində bütövlük, ən uca bütövlüyün içində kimsəsiz ayrılıqdır. Heç kimin görmədiyi kimsəsiz ayrılıq!
Onun bütün qapıları uzaqlara, qəribliyə və özündən də gizlətdiyi göz yaşına açılır. Bu gün ona ən yaxın olan da elə həmin uzaqlardı. Səhərlər çayını soyudan, gecələr başının üstündən çəkilməyən uzaqlar! O uzaqları deyirəm- ÖVLAD, ATA, QADIN,..adında canında dar ağacına çevrilən uzaqları. Ömürdən tutmuş Tanrısına qədər...hər kimi vardısa hamısını uzaqlarda qoyub gəldi. Amma yenə yaşamağa öyrəşdi, öyrəndi...və ötdü saatların qarşısından. Çünki yanında əlləri var idi. Vərqlərin üstündə balıq kimi çırpınan, Vətən üzlü əlləri!
Qəribədir...hər dəfə üz-üzə gələndə elə bilirəm elə hey kimisə axtarır, bu şəhərdə kiməsə tələsir...və sonunda yenə özündə dayanır. Çünki onun başladığı bütün yollar özünə çıxır. Orda nələr yoxdu- Yurd...Söz...Əbədilik...Dost...Düşmən...Zindan...
İndi alnının güllə yerində eləcə bir ana duası oturub. Qara, çovğuna düşən ana duası! O duanın içində hər gün bir ağac çiçəkləyir. Çiçəkləyir ki, bir az da yaşasın bu şəhərin qərib səyyahı. Çiçəkləyir ki, təbiətin bütün çaxmaqlarındakı ölüm barmaqları bir az da ləngisin...Ləngisin ünvanına!
Adam da özü boyda təklik olarmı, İlahi!...Aydın Canıyev yer üzündə insanın payına düşəcək yaşam tərzindən imtina etdi, Allah olmaqdansa qorxdu. Bəli, qorxdu! Hardan biləydi ki, bütün TƏNHAlıqlar bu tərzdə İMTİNA və QORXUların arasında yerləşir.
Bu gün Aydın Canıyev Vətənin taleyinə qarışmış adamdı...Torpaqdımı, əsgər səsidimi, şəhid qanıdımı, Araz çaydımı...nə bilim...bəlkə də elə hər biridi!
Bu məqamda üzümü Azərbaycan adlı tabloya tuturam: Yurd yeri, yubiley yaşın mübarək!
P.S: Bu yazı Aydın Canıyev haqqında Tanrı ilə söhbətləşməm idi...Bir gün haqqında daha əhatəli yazacağıma,danışacağıma əminəm!...Tanrıya da beləcə dedim.
Emil Rasimoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq