Tanınmış jurnalistin anası haqq dünyasına qovuşub
11:04 07.08.2024
Cəmiyyət
893
Tanınmış jurnalist, dostumuz Asəf Quliyevin anası Tahirə xanım haqq dünyasına qovuşub.
"Şərq" qəzetinin kollektivi Tahirə xanıma Allahdan rəhmət diləyir, həmkarımız A.Quliyevə dərin hüzünlə başsağlığı verir.
Jurnalist həmkarımız Ramilə Qurbanlı Tahirə müəllimə ilə bağlı maraqlı xatirəsini bölüşüb. Həmin qeydləri təqdim edirik:
- Yaxşı ki, Ağdamın azad olunduğunu bildi, amma ora qayıtmaq ona qismət olmadı. Asəfin anası Tahirə xalanı deyirəm. Uzun müddət idi yatırdı. Asəflə Kəmalə ona lazımınca qulluq etdilər. Bir anadan əfzəl, həm də müəllim idi Tahirə xala, neçə-neçə gənc nəslin, elə Asəfin özünün də müəllimi olmuşdu.
"7 Gün"də işləyirdik, bir dəfə Asəf möhkəm xəstələnmişdi. Kəmalə ilə getdik evlərinə onun yanına. Bloka çatanda Kəmalə utanıb yuxarı çıxa bilmədi, qaldı blokda, mənə dedi ki, sən çıx Asəfdən xəbər tut gəl. Mən evə çıxdım, Asəf məsələni anlayıb, məni anasının yanında qoyub qaçdı aşağı. Bilmirəm nə qədər onlar aşağıda söhbətləşdi, mən Tahirə xala ilə qulaq yoldaşı oldum, onu bilirəm ki, Tahirə xalanın süfrəyə süzüb boynumun kökündə durub yedirtdikləri üç gün mənə bəs elədi.
Novruzda qovurduğu qovurğanın misli yox idi. Neçə dəfə mənim də qovurğa payımı göndərmişdi...
Asəf, Kəmalə, Tahirə müəllimə Allah rəhmət eləsin, yeri cənnət olsun!
QEYD:
Məclis avqustun 9-u saat 12:00-da "Furqan" Mərasim Zalında təşkil olunacaq. (Bakı, Yasamal r-nu, Şəfayət Mehdiyev küçəsi, "Chirag Plaza"nın qarşısı)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual