Cari ilin ilk 6 ayı ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oğlan uşaqlarına ən çox Uğur (849), Raul(601), Miran(523), Əli(521), Hüseyn(519), Yusif(434) Ömər(349), Murad(341), Tunar(321), Fateh(309) adları qoyulub.
"Qız uşaqlarına isə Melisa(569), Aylin(547), Məryəm(538), İnci(514), Nilay(503), Alisa(494), Zəhra(493), Ayla(442), Zeynəb(429), Fatimə(367) adları qoyulub", - məlumatda vurğulanıb.