Türkiyənin İzmir şəhərində azyaşlı oğlunu alkoqol süfrəsinə otuzduraraq həmin görüntüləri sosial şəbəkədə paylaşan şəxs polis tərəfindən saxlanılıb.
Sherg.az xəbər verir ki, hadisə ilə bağlı məlumat yayıldıqdan sonra İzmir Respublika Baş Prokurorluğu dərhal araşdırmaya başlayıb. Prokurorluq tərəfindən uşağa qarşı pis rəftar və sağlamlıq üçün təhlükəli maddə təmin etmə maddələri üzrə cinayət işi açılıb.
Araşdırma çərçivəsində Bilal K. adlı şübhəli saxlanılaraq polis nəzarətinə götürülüb.
Çoxsaylı cinayət keçmişi üzə çıxdı
İstintaq zamanı məlum olub ki, şübhəlinin əvvəllər də çoxsaylı cinayət qeydləri var. Onun barəsində “şəxsi məlumatların qanunsuz toplanması və yayılması”, “insanların rahatlığını pozma”, “təhdid”, “təhqir”, “qəsdən xəsarət yetirmə”, “Ailənin qorunması və qadınlara qarşı zorakılığın qarşısının alınması haqqında qanunun pozulması”, “cinsi təcavüz”, “quldurluq”, “dələduzluq”, “qanunsuz silah saxlama”, “evdən oğurluq”, “yalan şahidlik”, “şəxsi həyatın toxunulmazlığının pozulması”, “etibardan sui-istifadə” və “pis rəftar” kimi cinayətlər üzrə qeydiyyatının olduğu müəyyən edilib.
Faktla bağlı istintaq davam etdirilir.