
“USAİD və bənzər təşkilatların ölkəmizdə fəaliyyətinin əsası yoxdur”
“USAİD və bənzər təşkilatların ölkəmizdə fəaliyyətinin əsası yoxdur”
Yusif Nəzərli
14:40 01.04.2023
Cəmiyyət
789
ABŞ və Avropanın bir çox siyasi institutları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Bəziləri hazırda da işlərini davam etdirirlər. Dövlətimiz onların fəaliyyətinə daim imkan yaradıb. Lakin təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı və guya müstəqil olan bu cür təşkilatlar siyasi proseslərə müdaxilə, gedişatı manipulyasiya etmək, cəmiyyəti çaşdırmaqla dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. ABŞ-nin maliyyə yardımı adı altında çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir.
Qərb, Rusiya və İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yeri yenidən Qərb təsisatlarının doldurmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Adıçəkilən təşkilat 1991-ci ildən başlayaraq, Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək verməkdir. O dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi ölkəmiz özü bir çox dövlətə yardım edir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var?!

USAİD-nin humanitar missiya adı altında siyasi təbliğatla məşğul olmasından "Sherg.az"a danışan politoloq Tural İsmayılov bildirib ki, ABŞ-a bağlı olan bir çox qeyri-hökumət təşkilatları ssenarilərini əslində may ayından başqa ölkələrə ixrac etməyə çalışırdı:
""Soros Fondu" da daxil olmaqla bir çox rəngli inqilab ssenariləri həyata keçirən təşkilatlar biri-birilə koordinasiyalı şəkildə işləyib. Hər kəsə bəllidir ki, 2008-2012-ci illərdə bu təşkilatların fəaliyyəti ölkədə siyasi çaxnaşma və xaos yaratmağa yönəlmişdi. ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) kimi təşkilatlar və onun həmin zamankı rəhbəri Aleks Qriqoryevsin Azərbaycanda hansı tip hərəkətlər etdiyi hər kəsə məlumdur.
Eyni zamanda USAİD də ilk dövrlərdə müəyyən humanitar məqsədləri qarşısına qoysa da, daha sonra sırf siyasi məsələlərlə məşğul olub. Bu gün də görürük ki, özəlliklə, Azərbaycanda dövlətçilik əleyhinə fəaliyyət göstərən bir çox qurumlar hələ də imperialist dairələrin maddi və mənəvi dəstəkləri ilə üz-üzədirlər. Bu gün dövlətimiz erməni tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmiş və dünyaya yardım edən ölkələrdən biridir. Belə olan təqdirdə, gördüyü işləri şübhə doğuran, Azərbaycan dövlətinə qarşı münasibəti o qədər də səmimi olmayan USAİD və bənzər təşkilatların ölkəmizdə fəaliyyət göstərməsinin heç bir əsası yoxdur. Bundan sonra dövlətçiliyimizi daha da gücləndirməyə davam edəcək və həmçinin ölkəyə xarici ekspansiya cəhdlərinin qarşısını alacağıq. Ona görə də USAİD də daxil olmaqla hansısa qurumların Azərbaycandakı fəaliyyətini qadağan etməliyik. Ümumiyyətlə bu prosesdə çox ehtiyatlı davranmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə