Valideynlərə İTTİHAM: “Uşağı dinləmirlər, faciə də elə budur” – İntihara yol açır !
Fidan Həmişəyeva
15:06 06.05.2020
Cəmiyyət
1128
“Uşağı dinlədikcə onun xarakterini tanıyırsan, hadisələrə necə reaksiya vercəyini bilirsən. Lazımi anda bunları korreksiya edirsən”
“Azyaşlının telefonunu, otağını araşdırmaq uşağa nəzarət etmək deyil"
Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib. Zabrat qəsəbəsində yaşayan Dilbər Kazımova örpək vasitəsi ilə mənzilindəki şkafın qapısından özünü asıb.İntihar zamanı azyaşlının anası evdə olub. Lakin D.Kazımovanın intiharı həyata keçirdiyi otağın qapısını kilidləməsi hadisənin qarşısını almağa mane olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilir ki, Kazımovlar ailəsində üç uşaq olub: iki qız, bir oğlan. Qohumlarının bildirdiyinə görə, Dilbərin psixoloji problemləri olub.
Hadisəni dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı“Sherg.az”a açıqlamasında bildirib ki, intiharların hər biri can yandırır.
Psixoloqun sözlərinə görə, “uşaq" və "intihar" sözünü bir cümlədə işlətmək kifayət qədər ağrılı bir məqamdır:
“10 yaşlı uşaqda psixoloji problemlər olduğunu deyirlər. Ümumiyyətlə, intihar etmiş bütün insanlarda müəyyən psixoloji travmalar, pozuntular olur. İntihar edən şəxslər ölümə rahat və adi baxmırlar. Onlarda epilepsiya xəstələri kimi anidən tutma olur və intihar edirlər. Hər bir uşağın şəxsiyyətinin formalaşmasında ətrafdakı insanların ona və bir-birinə münasibəti çox önəmlidir.
10 yaşlı uşaq yeniyetməlik dövrünə gedir, o uşaqda hansı psixoloji problemlərin olduğunu və ailəsini araşdırmaq lazımdır. Ailədə hansı problemlər var idi ki, uşağa yansıyıb, uşağa qarşı psixoloji və fiziki şiddət tətbiq olunubmu? Bütün bunların hamısı araşdırılmalıdır və aydınlığa gətirilməlidir ki, yekun nəticə əldə edək. Amma hər bir şəxsdə mütləq travma var ki, o insan intihara cəhd etsin”.
F.Mehmanqızı qeyd edib ki, cəmiyyətimizdəki əksər valideyn və ailələr uşağı dinləmir:
“Uşaq, sanki, robotdur və valideyn nə deyirsə, onu da etməlidir. Ölən uşağın valideynləri ilə söhbət edə bilsəm, mənə maraqlı olar ki, onlar ən son nə zaman övladları ilə söhbət ediblər. Bəzən səssiz üsyanlar, hayqırışlar olur. Adətən psixoloji problemi olan uşaqlar səssiz üsyanlara daha çox meyilli olurlar. Yaxud da səssiz üsyan olmur, uşaq birdən-birə aqressiya göstərir. Məsələn, valideyn uşağı anlamır, övladı ilə heç cürə münasibət qura bilmir və deyir ki, uşaq özündən çıxıb, tərbiyəsizdir. Valideyn uşağını dinləyib aqressiyasının kökündə nə durduğunu araşdırmır. Təəssüf ki, intihar hadisəsi olub, amma ailələr bu olanlardan nəticə çıxarmalıdır.
Bəzi ailələr uşaqların üstündə "əsir" və doğurdan da təribəysiz uşaqlar formalaşır. Uşağın üstündə "əsmək" o demək deyil ki, uşaq nə desə, onu etmək lazımdır. Uşağı dinləməklə onun nə istədiyini etmək arasında böyük fərq var. İsnanlar bir birini dinləməli, empati bacarıqları olmalıdır. Dinlənilməyən insan özünə qapanır və intihara cəhd edir, özünü sosial mühitdən təcrid edir. Təəsssüf ki, bizdə dinləmək, empati qurmaq yoxdur. Faciəmiz budur, biz bir-birimizi dinləmirik. Əminəm ki, bu məqaləni oxuyanlar sadəcə başlığa baxıb keçəcəklər".
Psixoloq bildirib ki, valideyn uşağın şəxsiyyətinin və xarakterinin kökünü əvvəlcədən düzgün qoysa, uşağa nəzarət etməyə ehtiyac olmayacaq:
"Uşağa nəzarət onu dinləməkdir, uşağı dinlədikcə onun xarakterini tanıyırsan, hadisələrə necə reaksiya vercəyini bilirsən. Lazım gələndə bunları korreksiya edirsən. Dinləmədən necə nəzarət etmək olar?Övladlarımızı dinləmək lazımdır. Eyvandan baxmaq və uşağın telefonunu, otağını araşdırmaq uşağa nəzarət etmək deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm