Vətəndaş qəbulunda əvvəlcədən əzbərlənmiş suallar verilir
Yusif Nəzərli
17:08 21.07.2023
Cəmiyyət
519
Bu cür görüşlər formaldır, yalnız icra nümayəndələrinin seçdiyi vətəndaşlar iştirak edir
Hələ ki, bizim ölkədə məmur-vətəndaş münasibətləri demokratik görüş keçirib, vətəndaşların hər dərdini dinləmək səviyyəsinə gəlib çatmayıb
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay fərqli şəhər və rayonlarda vətəndaş qəbulu keçirilir.
Yüksəkvəzifəli dövlət məmurları hər ay bölgələrdə insanlarla görüşlər keçirərək, onların problemlərini, şikayətlərini dinləyirlər. Bu görüşlərdə vətəndaşlara dövlətin hər zaman xalqın yanında olduğu mesajı verilir, insanların problemlərinin həll ediləcəyinə dair fikirlər səsləndirilir. Amma nədənsə, verilən vədlərə çox az dövlət quruma əməl edib, vətəndaşların probleminin həllinə kömək edir.
AVCİYA-nın eksperti, professor Məhərrəm Zülfüqarlı isə “Sherg.az”a açıqlamasında bu cür görüşlərin formal xarakterli olduğunu və görüşdə yalnız icra nümayəndələrinin seçdiyi vətəndaşların iştirak etdiyini deyib: “Görüşlərdə təşkil olunmuş insanlar və əvvəlcədən əzbərlənmiş suallar verilir və ona görə də yerlərdəki bütün problemlər həll olunmamış qalır. Hələ ki, bizim ölkədə məmur-vətəndaş münasibətləri demokratik görüş keçirib, vətəndaşların hər dərdini dinləmək səviyyəsinə gəlib çatmayıb. Açığı, Azərbaycan xalqının nə icra başçılarına, nə də hansısa dövlət qurumunun rəhbərinə inamı var. Əksinə, vətəndaşlar hər zaman məmurların vətəndaşlara qarşı diqqətsizliyi, kobud şəkildə desəm, saymamazlığından şikayət edir. Problemi olan vətəndaşlar hansısa icra hakimiyyətinə gedib dərdini danışmağı vaxt itkisi sayıb, birbaşa Prezident Aparatına müraciət edir.
Dəfələrlə Azərbaycanda icra hakimiyyəti strukturlarının özünü doğrultmadığını bəyan etmişik. Bu qurum ləğv olunmalı və ciddi islahatlar keçirilməlidir. Çünki məmurların əksəriyyətinin fəaliyyəti korrupsiyaya uğrayıb. Ölkə başçısı İlham Əliyev də dəfələrlə bu məsələyə toxunub və hər birinə xəbərdarlıq edib. Məmurların isə fəaliyyəti şəffaf olmadığı üçün xalqdan qorxur və bütün qapıları vətəndaşların üzünə bağlayıblar ki, əməlləri aşkar olunmasın. Bu xalq icra başçılarından, dövlət qurumlarının rəhbərlərindən nə istəyir!? İş, normal maaş... məmurlar da bu problemlərin həllinə nail ola bilmirlər. Çünki onlar yerlərdə iş yerlərinin açılmasından daha çox öz ciblərini doldurmağı düşünürlər”.
M.Zülfüqarlı deyib ki, cənab Prezident də dəfələrlə icra başçılarından tələb edir ki, rayonlara xarici investisiya cəlb etsinlər. Amma icra başçıları buna əməl etmirlər: “Onlar özlərini müvəqqəti hesab edirlər, ancaq şəxsi maraqlarından çıxış edirlər. Əlbəttə, investisiya cəlb olunsa, işsizlik aradan qalxar, insanların firavanlığı artar. Hansısa bir sahibkar bölgəyə investisiya yatırtmaq istəyəndə isə məmurlar ona bürokratik əngəllər yaradıb, fəaliyyətinə şərait yaratmaq üçün rüşvət istəyirlər. Bu da sahibkarların regionlara marağının azalmasına səbəb olur. Çünki investorlar sahibkarlıq fəaliyyəti risk yaradan faktorlardan çəkinirlər. Xarici ölkələrdə şəhər rəhbərliyi kiçik və orta sahibkarlar uğrunda mübarizə aparır. İnvestorları cəlb etmək üçün vergiləri azaldıb onların diqqətini çəkirlər. Bizim ölkənin şəhər rəhbərləri isə maraq göstərən investorları da ya küsdürür, ya da onlara aylıq haqq kəsirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya