Xalq narazıdır: Dənizi hasarlayanların hasarı, mülkləri sökülməlidir
Yusif Nəzərli
12:58 16.04.2022
Cəmiyyət
440
Millət vəkili Razi Nurullayev parlamentin dünənki iclasında dəniz kənarına 130 metr məsafədən yaxın olan tikililərin sökülməsi təklifi ilə çıxış edib. Deputat bildirib ki, vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər: “Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahili işğal altında qalmaqda davam edir. Son illər İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanılıb, bunu alqışlayıram. Lakin bu, kifayət etmir. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvətdir, Konstitusiyamız Xəzərdən maneəsiz istifadə hüququ verir. Hərə dənizin sahilində beş-on hektarı çəpərləyib. Bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq, hər kəsin qanun qarşısında bərabərhüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil. Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə düşüb. Bu məsələni əsaslandırıb Prezidentə imzanı təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyırlar, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gediblər. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin, dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan süni yağışla bağlı pilot layihə hazırlayır
16:53 24.02.2026
Ekologiya
Azərbaycanda geyim istehsalı 4%-ə yaxın artıb
16:34 24.02.2026
İqtisadiyyat
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
16:11 24.02.2026
Aktual
Qırğızıstana müvəqqəti kənd təsərrüfatı naziri təyin edildi
15:46 24.02.2026
Dünya
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
15:44 24.02.2026
Ölkə
SEPAH İranın cənubunda təlimlər keçirir
15:33 24.02.2026
Dünya
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
15:29 24.02.2026
Hadisə
Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
15:10 24.02.2026
Hadisə
Fatimə Mohacerani: Diplomatiyaya da, müharibəyə də hazırıq
15:02 24.02.2026
Dünya
Antonio Koşta: İndi Rusiya ilə danışıqlar üçün doğru zaman deyil
14:59 24.02.2026
Dünya
Ötən ay Azərbaycanda şəkər istehsalı kəskin azalıb
14:50 24.02.2026
İqtisadiyyat
Ukrayna Qərb-Rusiya savaşının qurbanına çevrilib - ŞƏRH
14:08 24.02.2026
Gündəm
Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib
13:26 24.02.2026
Hadisə
Rusiya Avropada elə yerlərdə mülklər alır ki...
13:22 24.02.2026
Dünya