YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib

YAP Qadınlar Şurasının keçmiş sədri və Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva vəfat edib.

Bu barədə APA-ya Nurlana Əliyevanın oğlu, Mərkəzi Seçki Komissiyasının katibliyinin müdiri İlqar Əlizadə məlumat verib.

O bildirib ki, Nurlana Əliyeva uzun sürən xəstəlikdən sonra bu gün səhər vəfat edib.

Nurlana Əliyeva bu gün Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.