
“Yaşat” Fondu da banklara dəstək verməlidir - AÇIQLAMA
10:52 01.10.2023
Cəmiyyət
525
Şəhid olanların əksəriyyəti 18 yaşında əsgər idi “Çox güman ki, onların adına kredit borcu yoxdur, amma ata-anasının, yaxud da özündən böyük bacı-qardaşının adına kredit borcu ola bilər”
Azərbaycanda antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərin kredit borcu silinəcək. Bu qərar "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin iclasında qəbul edilib.
Qeyd edilib ki, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və ölkənin suverenliyinin bərpası uğrunda şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək: “Yaralanmış hərbiçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinəcək. Azərbaycan bank icması hər zaman ölkə prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcək".
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az"a açıqlamasında deyib ki, şəhidlərin kredit borclarının silinməsi, yaralı hərbiçilərimizin borclarının bir neçə aylıq silinməsi təqdirəlayiq təşəbbüsdür və buna görə banklara təşəkkür düşür. Ona görə alqışlanası haldır ki, heç bir bankı nəyəsə məcbur etmək olmaz. Bank özü istənilən qərarı verə bilər:

Nəzərə alaq ki, bankların dövriyyəsindəki vəsait onların deyil, əmanətçilərin puludur. Ona görə də bankların üzərinə daha böyük öhdəlik qoymaq, "yaralıların da borclarını tam silərdilər" demək doğru yanaşma deyil”.
Ə.Həsənov hesab edir ki, banklar şəhid olan hərbiçilərimizin borclarını siliblər. Yaxşı olardı ki, “Yaşat” Fondu da şəhidlərimizin ailə üzvlərinin adına olan borcları silsin: “Banklar maliyyə baxımından bunun öhdəsindən gəlmək iqtidarında deyillər. Krediti çox olan bankın bütün borcları silməsi maliyyə vəziyyətini pisləşdirər. Amma istəsələr şəhidlərimizin ailə üzvlərinin adına olan borcun bir hissəsini silə bilərlər. Çox vaxt buna fikir verilmir, amma şəhid olan hərbiçilərimizin ailə üzvlərinin də borcu nəzərə alınmalıdır. Şəhid olanların əkrəsiyyəti 18 yaşında əsgər idi. Çox güman ki, onların adına kredit borcu yoxdur, amma ata-anasının, yaxud da özündən böyük bacı-qardaşının adına kredit borcu ola bilər. Bəzən də ailə başçısı olan hərbiçilərimiz sadəcə öz adına olan krediti deyil, ata-anasının, həyat yoldaşının borcunu ödəmək məcburiyyətində qalır.
İndi o, şəhid olubsa, ailə başçısını itirən həyat yoldaşı borcu necə ödəsin? Ona görə deyirəm ki, bu məsələni sadəcə bankların üzərinə yükləmək doğru deyil. Təklifim odur ki, borcların ödənməsində banklarla yanaşı, “Yaşat” Fondu da iştirak etsin. Ən azından araşdırıb hesablama aparsın və elan versin ki, şəhid ailələrinin kredit borcunun ödənməsi üçün bu qədər vəsait lazımdır. İnsanlarımız da Fonda pul köçürərək öz vətəndaşlıq vəzifəsini yerinə yetirsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi