Millət vəkili Anar Məmmədov “Şərq”ə bildirib ki, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir. Bunun da bir səbəbi insanlar arasında arxayınlaşmanın yaranmasıdır. Deputatın sözlərinə görə, sosial məsafənin qorunmaması, tibbi maskadan düzgün istifadə edilməməsi, gigiyenik qaydalara əməl olunmaması gündəlik statistikada artıma, bu isə öz növbəsində vəziyyətin kritik həddə çatmasına rəvac verir:
Yoluxma sayı sürətlə artır
Turan
07:49 12.03.2021
Cəmiyyət
581
Təhlükənin qapıda olduğunu unutmamalıyıq
Qaydalara əməl olunmasa bayram ərəfəsində karantin rejimini labüd edəcək
Novruz bayramı yaxınlaşdıqca karantın məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir. Epidemioloji vəziyyəti və son günlərin statistikasını nəzərə alsaq, bu istiqamətdə müzakirələrin intensivləşməsi anlaşılandır. Karantin qaydaları ilə bağlı qərar qəbul edilərkən əsas meyar kimi gündəlik yoluxmanın sayı götürülür. Bir sıra ekspertlər hesab edirlər ki, artıq 420 mindən artıq vətəndaşımız peyvənd olunub. Həm də yoluxma sayında kəskin artım yoxdur.
Ona görə də ictimai iaşə və xidmət sferalarında qapanmaya getməmək mümkündür. Ələlxüsus, bayram günlərində sərt karantinin tətbiq olunması və SMS icazənin bərpası heç də məqsədəuyğun sayılmır. Digər qisim isə düşünür ki, sonrakı peşmanlıq fayda vermədiyi üçün əvvəlcədən sərt məhdudiyyətlər gündəmə gətirilə bilər.
“Bu səbəbdən xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində müəyyən addımlar atılır. Azərbaycan dövləti də ilk gündən öz vətəndaşlarının sağlamlığının qorunması üçün lazımi tədbirləri həyata keçirir. İki aya yaxındır vaksinasiya prosesi bütün rayonlarda mərhələli şəkildə davam edir. Təəssüf ki, son günlər ölkəmizdə COVID-19-a yoluxma sayında artım müşahidə edilməyə başlayıb. Fevralın əvvəllərində gündəlik yoluxma ikirəqəmli saya keçsə də, son günlər yoluxanların sayının 500 nəfəri ötdüyünün şahidi oluruq. Yoluxma sayı yüksəldikcə, tibb sisteminin üzərinə düşən yük də artır, həkimlər xəstələrə lazımi qulluq edə bilmirlər”.
Parlament üzvü də vurğulayıb ki, karantin rejiminin sərtləşdirilməsinin müsbət tərəfləri ilə yanaşı, problemləri də var:
“İnsanlar həm psixoloji gərginlik keçirir, həm də bu, iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Qarşıdan Novruz bayramı gəlir. Novruz Azərbaycan xalqının ən qədim və gözəl bayramlarındandır. Bayram günlərində bir-birinin evinə qonaq getmək, birlikdə mərasimlər keçirmək xalqımızın qədim adət-ənənələrindəndir.
Ancaq COVID-19 bəlasının meydanı genişləndirə bilməməsi üçün builki Novruz bayramı tədbirlərində əhalinin ehtiyatlı davranması, ayıq-sayıqlığı vacibdir. Unutmayaq ki, koronavirus bizim yaşadığımız dünyanı və ölkəni hələ tərk etməyib, həyatımızı təhdid etməkdə davam edir.
Əgər bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bu günlərdə tələb olunanlara riayət etməliyik. Qaydalara əməl etməsək, bayramdan sonra çox güman ki, yoluxma daha da artacaq.
Bu da məhdudiyyətləri yenidən labüd edəcək. Ona görə də əvvəlcədən baş verəcəkləri anlamalı və təhlükənin qapıda olduğunu unutmamalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya