"Star Wars”un uşaq ulduzu psixiatriya hospitalına yerləşdirilib
17:29 14.03.2024
Gündəm
320
“Star Wars” (“Ulduz müharibələri”) serialının uşaq ulduzu kimi tanınan və filmdə “Anakin Skayvolker” obrazı ilə yadda qalan Ceyk Lloyd psixiatriya hospitalına yerləşdirilib.
Onun orta məktəb illərindən psixi problemləri olduğu və 10 aydır psixi sağlamlıq mərkəzində müalicə aldığı üzə çıxıb.
Bununla bağlı 35 yaşlı aktyorun anası Liza Lloyd “Scripps News” nəşrinə verdiyi müsahibədə danışıb.
Liza Lloyd oğlunun xasiyyətindəki dəyişikliyi ilk dəfə gördüyü vaxtı xatırlayıb.
“Ceykin orta məktəbdə bəzi problemləri yaranmağa başladı. O, fərqli “reallıqlar” haqqında danışırdı. Bu reallıqdamı, yoxsa başqa bir reallıqdamı olduğunu bilmirdi. Nə deyəcəyimi bilmirdim”, - deyə qadın qeyd edib.
Aktyorun anası bir gün oğlundan ev tapşırığını yerinə yetirib-yetirmədiyini soruşub.
“Mən bunu etməliyəm, ya yox, bilmirəm. Hansı reallıqda olduğumu bilmirəm”, - deyə Ceyk ona cavab verib.
“Və mən dedim ki, sən bu gün mənim reallığımdasan, ona görə də ev tapşırığını etməlisən”, - deyə Liza qeyd edib.
Anasının sözlərinə görə, Ceyki həkimə apardığı zaman onda bipolyar pozğunluq ola biləcəyi deyilib.
“Problemin aradan qaldırılması üçün bir neçə dərman verdilər, amma heç biri təsir etmədi. Daha sonra universitetə başladı. Amma çox dərs buraxırdı və mənə insanların onu izlədiyini deyirdi. Bizə demirdi, amma var olmayan səslər eşidirdi. Küçədə ona baxan “qara gözlü” insanları gördüyünü deyirdi. Bəzən gecə saatlarında “Daily Show”un aparıcısı Con Stüart ilə televiziya ekranından söhbət edirdi. Bir dəfə təşviş içində mənə zəng edib dedi ki, evə kimsə girib və onu vurub. Dəhşətə gəlmişdim, amma sonra hallüsinasiya olduğunu anlamışdım”, - deyə Liza Lloyd əlavə edib.
Yeniyetməlik illərindən müxtəlif həkimlərə müraciət edən Ceyk Lloyda sonunda paranoid şizofreniya diaqnozu qoyulub.
“Onlar Ceykə diaqnozunu deyəndə, bu onu daha pis depressiyaya saldı. Həqiqətən çox çətin idi. Xəstə olduğunu düşünmədiyi üçün bir müddət dərman qəbulundan imtina etmişdi”, - deyə anası bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya