
Politoloq: Ukraynasız masa Rusiyanı önə saldı
Yusif Nəzərli
02:32 20.02.2025
Dünya
407
Bundan sonra Kreml özünü daha rahat və əmin aparacaq
Zelenski Ərdoğanın qapısını döyməklə Avropa liderlərinə mesaj verdi
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri də Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları kimi dünya mediasının diqqətindədir.
Sözügedən səfəri dəyərləndirən ekspertlərə görə, Zelenskinin məqsədi Rusiya ilə mümkün danışıqlarda və Ukraynanın gələcək quruculuğunda Türkiyəni öz yanlarında görmək və göstərməkdir. ABŞ-nin dominant roluna baxmayaraq, Ankaranın Moskva ilə münasibətləri və Ukrayna müharibəsində yeganə uğurlu vasitəçi olması, Kiyevə öz mövqeyini gücləndirmək üçün imkan yarada bilər.
Zelenskinin də qeyd etdiyi kimi, Ukrayna Tramp-Putin danışıqlarına təslim olmaq niyyətində deyil və masada daha güclü mövqe tutmaq üçün bütün mümkün variantları nəzərdən keçirir.
Qeyd edək ki, 18 fevralda Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Zelenskinin Türkiyə səfərini dəyərləndirən ekspertlər hesab edir ki, bu səfər ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında Kiyevin iştirakı olmadan yüksəksəviyyəli danışıqlara hazırlaşdığı bir vaxtda baş tutub və Zelenski Ukraynanın iştirak etmədiyi görüşü və bu görüşdən çıxacaq hər hansı bir nəticəni qəbul etməyəcəyini bildirib.
Ukrayna-Rusiya müharibəsinin Ər-Riyadda ABŞ-Rusiya, Parisdə Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri tərəfindən masaya yatırıldığı bir vaxtda Ukrayna Prezidentinin Türkiyəyə səfər etməsini dəyərləndirən politoloq Azər Qasımov “Sherg.az"a açıqlamasında deyib ki, Zelenski Avropa liderlərinin artıq prosesdə söz sahibi olmadığı qənaətinə gəlib və Ukraynaya indiki məqamda ancaq Türkiyənin dəstək ola biləcəyi fikrini özündə hasil edib:

“Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları fonunda Volodimir Zelenskinin Türkiyəyə R.T.Ərdoğanla görüşə getməsi ABŞ-Rusiya danışıqlarının nəticəsinin nə olmasından asılı olmayaraq nəticənin Ukrayna üçün məqbul olmayacağı mesajını verir. Daha doğrusu, Ukraynanın bu görüşdən gözləntilərinin olmadığı anlamına gəlir. Türkiyəyə səfərin mahiyyəti isə danışıqlar masasından kənarda qalan Avropanın yerinə Türkiyənin danışıqlara qatılmasının Ukrayna üçün daha səmərəli olacağının hesab edilməsidir.
Məsələ ondadır ki, Tramp və Putin Avropa liderlərini zəif fiqur kimi hesaba almırlar. Zelenski də bunu başa düşür. Odur ki, R.T.Ərdoğanın danışıqlarda Ukraynanın maraqlarını qorumaq üçün təsir edə biləcəyini yaxşı başa düşür. Bu səfər də bunun üçündür.
Avropanın aparıcı ölkələrinin liderləri Trampın Avropanı kiçik düşürməsindən sonra bir araya gələrək vəziyyətdən çıxış yolu axtaracaqlar. Amma Zelenski həlledici görüş öncəsi Avropa liderlərinin yox, Türkiyə Prezidenti R.T.Ərdoğanın yanına getməklə Avropa liderlərinə də mesaj vermiş oldu ki, düşdükləri vəziyyəti kim düzəldə bilər. Tramp və Putinin qarşısına Avropanın Ərdoğanın liderliyində çıxması daha məsləhətlidir. Vaxtilə Türkiyənin Avropa İttifaqına qəbuluna razı olmayanlar, indi özləri Türkiyəyə birləşmə planları quracaq.
Çünki Türkiyə Rusiyanı dəfələrlə məğlub etmiş ölkədir. Liviyada, Suriyada, Qarabağda”.
Politoloq həmçinin qeyd edib ki, Rusiya döyüş meydanında əldə edə bilmədiyi qələbəni danışıqlar masasında almaq istəyir. Danışıq masasının qurulması, xüsusən də, Ukraynasız masa artıq Rusiyanın danışıqlarda önə keçməsi deməkdir:
“Əslində, Rusiyanın nəinki danışıq masasına, heç öz sərhədindən kənara çıxmasına imkan yaradılmaması lazım idi, lakin işğalçı bir dövləti masa arxasına oturtmaq böyük səhv idi. Bundan sonra Rusiya özünü daha rahat və əmin aparacaq.
Amma diplomatik uğurun arxası döyüş meydanında möhkəmləndirilməyincə bunu uğur hesab etmək olmaz. Rusiyanın hərbi imkanları göz önündədir. Öz ərazisində belə Ukrayna ordusu ilə bacara bilmir. Bir-iki kənd və kilometr ələ keçirmək üçün minlərlə itki verir. Odur ki, bu durumda danışıqlar masasına oturmaqla nəsə əldə etmək sabun köpüyü kimi bir şey olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks