Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili sabah Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu, Gürcüstan XİN başçısının Türkiyəyə ilk səfəridir.