
Trampa qarşı ordu içində narazılıq başlayıb -Politoloq
Yusif Nəzərli
23:03 05.03.2025
Dünya
399
Hərbi sistemin nəzarətdən çıxması ABŞ Prezidentinin xarici siyasət kursunun da fiaskosu ilə nəticələnə bilər
ABŞ ordusunun ali rəhbərliyi Prezident Donald Trampa açıq məktubla müraciət edərək, yüksək zabit korpusunda aparılan genişmiqyaslı təmizləmələrdən narazılığını bildirib. Trampa ünvanlanan açıq məktubun mətnini “The Washington Post” nəşri dərc edib. Məktubda deyilir ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin, Dəniz Əməliyyatları rəisinin, Ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin ümumi hərbi hüquqşünaslarının əsassız olaraq vəzifəsindən azad edilməsi barədə qərar onları dərindən narahat edir: "Prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin bu hərəkətləri ordumuzun gücünü, sabitliyini və bütövlüyünü təhdid edir".
Politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-də ordu dövlət sisteminin əsasını təşkil edir. Ekspertin sözlərinə görə, hələ ilk Prezident Corc Vaşinqton dövlət aparatını formalaşdırarkən ordunu siyasətdən ayrı tutmağı bacarmışdı. Baxmayaraq ki, ölkə savaşdan yeni çıxmışdı və dövlət idaretməsində yüksək vəzifələrə gətirilənlər əsasən müharibə komandanları idi, ordu hər zaman siyasətdən kənarda saxlanılırdı:

"236 ildir ki, ABŞ ordusu demokratiyanın əsas mühafizəçisi, sistemin əsas qoruyucu rolunda çıxış edir. Orduya müdafiə naziri vasitəsilə mülki nəzarətin tətbiqi qaydası da məhz ABŞ-də meydana çıxıb. Ordu komandanlığı hər zaman Pentaqondan gələn əmrləri sözsüz yerinə yetirərlər. İndi onları narazı salan Tramp administrasiyası fəaliyyətə başladıqdan sonra xeyli sayda general və admiral, həmçinin orduda olan hüquqşünasların kütləvi şəkildə vəzifəsindən uzaqlaşdırılmasıdır. Donald Tramın bu cür addım atmasının bir neçə səbəbi olsa da, əsas məsələ onun ordunun ali heyətini özünə sadiq adamlardan formalaşdırmaq istəyidir. Respublikaçı prezidentin aldığı radikal qərarlar ölkə daxilində ona qarşı ciddi narazılığın meydana çıxmasına səbəb olub. 2 il sonra Konqresə keçiriləcək seçkilərdə müxalifətdəki Demokratlar Partiyası üstünlük qazanarsa, o zaman Trampın impiçmenti məsələsi gündəmə gələ bilər".
Z.Əmrəliyev bildirib ki, Ağ Ev rəhbəri Konqresdən özünə qarşı gələcək hansısa təhlükəyə qarşı Pentaqondan maksimum dəstək almağa çalışır:
"Bunun üçün ordunun komanda heyətinin ona sadiq şəxslərdən formalaşması vacibdir. Lakin bu, çox təhlükəli məsələdir. ABŞ ordusunda illərdir oturuşmuş ciddi nizam-intizam var. Hərbi rütbələrin verilməsi və vəzifə təyinatları xidmət keyfiyyəti və iş stajına uyğun həyata keçirilir. Ali vəzifilələri ordudan uzaqlaşdırıb onların yerinə aşağıdan yeni kadrlar təyin etmək orduda illərdir formalaşmış bu nizamın dağılması deməkdir. Buna görə də Trampa qarşı ordu içində narazılıq başlayıb. Hərbi zabitlərinin prezident və müdafiə nazirinə ultimatumundan sonra nüfuzlu veteranların da prezidentə müvafiq xəbərdarlığı gözləniləndir. Bundan sonrakı mərhələdə ordudan Ağ Evə qarşı daha açıq çıxışlar edilə bilər. Ordunun nəzarətdən çıxması həmçinin Trampın xarici siyasət kursunun da fiaskosu ilə nəticələnə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kann kinofestivalının qalibləri onlardır
08:20 25.05.2026
Mədəniyyət
Sarımsaq sevərlərə pis xəbər
07:51 25.05.2026
Maraqlı
Çia toxumunun faydaları
07:17 25.05.2026
Sağlamlıq
Apple 10 ildən sonra ilk dəfə telefon qiymətlərini qaldırır
06:44 25.05.2026
Texnologiya
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual