
Məsələ Bəşər Əsədi də aşıb: Əş-Şəra hakimiyyəti özbaşınalıqlara son qoymaq üçün savaşır
13:28 07.03.2025
Dünya
644
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları Latakiyanın şərqində M4 magistralındakı Əl-Muxtariyyə körpüsünü tutublar.
Bu barədə ərəb mətbuatı məlumat yayıb.
Qeyd edək ki, ötən gün Əsəd tərəfdarları ilə Suriya Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verən toqquşmada 48 nəfər ölüb. Bu gün Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.
Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra hər nə qədər yeni hakimiyyət qurulsa vəƏhməd Əş-Şəranın rəhbərliyi ilə devrimçi qüvvələr iqtidarı ələ alsa da, bəzi bölgələrdə hələ mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələr özbaşına fəaliyyətlərini davam etdirirlər:

"Suriyada fəaliyyət göstərən YPG, PKK kimi qrupların tək məqsədi öz muxtar idarəetmələrini formalaşdırmaq, o cümlədən zaman-zaman bunu müstəqil dövlətə çevirməkdir. Hər birinin də arxasında fərqli-fərqli ölkələrin dayandığı heç kimə sirr deyil. Belə olan halda Əş-Şəra hakimiyyəti Suriyada bütün özbaşınalıqlara son qoymaq və dövləti yenidən mərkəzi hakimiyyətə tabe hala gətirmək, onu gücləndirmək üçün addımlar atacaq. Suriya Prezidenti hərbi əməliyyatların icrasını ilk növbədə beynəlxalq əlaqələrini tam şəkildə bərpa etdikdən sonraya saxlamışdı. Əhməd əş-Şəraya tabe olmaq istəməyən qüvvələr və onların havadarı olan xarici dövlətlər bunun fərqindədirlər. Ona görə də indiki halda Suriyada sabitliyi pozmaq əsas məsələ kimi gündəliyə çıxdı. Əslində bu, onların axırıncı şansı da ola bilər. Çünki əgər Suriya hakimiyyəti beynəlxalq əlaqələri normallaşdırsa və özünü dünyada tanıtdırsa, iqtidarı gücləndirsə, ölkənin xarici dövlətlərlə əlaqələri yüksək səviyyəyə çatacaq. Ondan sonra hökumətə qarşı mübarizə aparmaq, məğlub etmək asan olmayacaq".
Şərhçi əlavə edib ki, müxalif terrorçulara rəhbərlik edən generalın məhz İran hakimiyyəti ilə müəyyən dərəcədə əlaqələrin olduğu xəbərləri yayılıb:
"Bu, onu göstərir ki, artıq məsələ Bəşər Əsədi də aşır. Əslində bütün bunlar Əsədin iradəsi ilə baş vermir. Üstəlik, İran Suriya və Livanda dəstəklədiyi terror qruplarıyla əlaqəsini itirmək istəmir və bölgədə təsirinin azalması ilə razılaşmır. Lakin nəticə olaraq Əhməd əş-Şəranın üstünlüyü öz əlinə alıb və silahlı birləşmələrə ciddi zərbə vurublar. Əgər İranın dəstəklədiyi üsyançılar mübarizəni sona qədər davam etdirmək istəsələr, bu, onların tamamilə məhv olması, əksəriyyətinin həyatını itirməsi ilə nəticələnəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət