Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan həbs oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Erməni nəşri yazır ki, S.Şahramanyan ikinci dəfə Ermənistan İstintaq Komitəsinə çağırılıb. Onun iyunun 27-də dindirilməsi planlaşdırılır.
“Bizim məlumatlı mənbələrimizə görə, onun dindirilməsi intensivləşir və prosesin Şahramanyanın həbsi ilə yekunlaşacağı istisna edilmir”, - məlumatda deyilir.
S.Şahramanyanın 44 günlük müharibə ilə əlaqədar açılmış üç ayrı cinayət işi üzrə dindirildiyi bildirilir.