Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

Ermənistanın yeni Konstitusiyasının layihəsi yekunlaşdırılacaq, ictimai və peşəkar müzakirəyə təqdim olunacaq.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə 2026-2031-ci illər üçün hökumət proqramının layihəsində bildirilir.

"Yeni konstitusiya təkcə hüquqi sənəd deyil, həm də Ermənistan xalqının dövlətin gələcəyi, daxili və xarici münasibətlərin fundamental prinsipləri ilə bağlı vahid siyasi razılığına çevrilməlidir. Yeni Konstitusiya qanunun aliliyinə əsaslanan dövlətin qurulmasına, demokratiyanın və ictimai etimadın dərinləşməsinə, eləcə də dövlətin uzunmüddətli davamlı inkişafına kömək etməlidir. Ermənistanın yeni Konstitusiyasının layihəsi yekunlaşdırılacaq və ictimai və peşəkar müzakirəyə təqdim ediləcək və onun referenduma təqdim edilməsi üçün addımlar atılacaq", - hökumətin saytında dərc olunmuş sənəddə deyilir.

Məsələ 20 avqust iclasının gündəliyinə daxil edilib.