Gürcüstan Avropa Parlamentinin qətnaməsini siyasi şou adlandırdı

Avropa Parlamenti tərəfindən qəbul edilən son anti-Gürcüstan qətnaməsi orta səviyyəli siyasi şoudur.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin rəhbəri Levan Maxaşvili bildirib.

Onun sözlərinə görə, bu siyasi şou siyasi səs-küy yaratmaq və Gürcüstan hökumətinin nüfuzuna xələl gətirmək məqsədi daşıyıb: "Bu qətnamələrin heç bir hüquqi və ya institusional qüvvəsi yoxdur"