Putindən səs çıxmır: Tramp isə Paşinyanı təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.

“Nikol Paşinyanı Ermənistanın milli seçkilərində yenidən qələbə qazanması münasibətilə təbrik edirəm. Onun yenidən seçilməsini dəstəklədiyim üçün çox qürur duyuram və şübhə etmirəm ki, onun rəhbərliyi altında gözəl Ermənistan ölkəsi bütün gözləntiləri aşaraq, böyük uğur və rifah səviyyəsinə çatacaq”, - Tramp qeyd edib.

O bildirib ki, seçkilərin nəticələri Ermənistanln daha da inkişafı və möhkəmlənməsi üçün imkanlar açır.

Qeyd edək ki, 7 iyunda baş tutan parlament seçkilərində Nikol Paşinyanın Mülki Müqavilə Partiyası 49,82% səs toplayaraq, 105 yerlik parlamentdə 64 mandat qazanıb.

Xatırladaq ki, Ermənistanın “strateji tərəfdaşı” Rusiya hələ də Paşinyanı təbrik etməyib, əksinə, Kreml seçki saxtakarlığı baş verdiyini iddia edib.