Qafar Çaxmaqlı: Makunts təyinatı Ermənistanda və dünyada bir mənalı qarşılanmır
14:02 29.08.2025
Cənubi Qafqaz
435
Çünki bu şəxs hazırkı ABŞ prezidentinə qarşı arzuolunmaz hərəkətlərə yol verib
Lilit Makunts geri çağırılma səbəbi prezident seçkilərində Trampı deyil, Kamala Harrisi dəstəkləməsidir
Ermənistanın xarici siyasətindəki yeni istiqamət dəyişiklikləri regionda diqqətlə izlənir. Qərbə yaxınlaşma və Rusiya ilə münasibətlərdə yaranan gərginlik bu dəyişikliklərin əsas xəttini təşkil edir. Son olaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə ABŞ-dəki keçmiş səfir Lilit Makunts baş nazirin baş müşaviri təyin edilib. Bu addım onun diplomatik fəaliyyətinə dair mübahisələrin fonunda xüsusilə maraq doğurur. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı verilən açıqlamalar və Rusiyaya qarşı atılan siyasi addımlar İrəvan-Moskva xəttində münasibətlərin daha da gərginləşəcəyinə işarə edir. Bu proseslər Ermənistanın xarici siyasət kursunda köklü dəyişikliklərin baş verdiyini göstərir.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a Ermənistanın Qərb yönümlü siyasətindən danışıb:
"Ermənistanın Amerikadakı səfiri Lilit Makunts geri çağırılıb. Onun geri çağırılma səbəbi prezident seçkilərində Trampı deyil, Kamala Harrisi dəstəkləməsidir. Yəni Ermənistanın Kamala Harrislə işləyəcəyini bildirirdi. Bu səbəblə də onun orada qalması mümkün deyildi. Amma çox qəribədir ki, baş nazir Paşinyan onu özünə müşavir təyin edib. Bu da Ermənistanda və dünyada bir mənalı qarşılanmır. Çünki bu şəxs hazırkıABŞ prezidentinə qarşı arzuolunmaz hərəkətlərə yol verib. Ona görə indi bu müzakirə mövzusudur. Ermənistan Qərbə yönəlik siyasətini əvvəlcədən formalaşdırmışdı. Avropa Birliyi və Avropadakı bəzi ölkələrlə əlaqələr saxlaması da Rusiyada müəyyən mənada qıcıq yaratmışdı. İndi də bu tendensiya davam edir. Rusiyanın Ermənistanı əldən verməməsi üçün təzyiqlərinə qarşı İrəvan bəzi hərəkətlərə yol verilir. Bu hərəkətlərdən biri kimi Rusiyanın Gümrüdəki ikinci bazasının qarşısında hökumətin təşkil etdiyi mitinqi göstərə bilərik. Ermənistan Rusiyadan qopmaq üçün bundan əvvəl də tədbirlər görmüşdü, bundan sonra da həmin tədbirləri davam etdirməkdədir".
Müsahibimiz "Rusiyanın Ermənistanı hansı şəkildə cəzalandıra bilər?" sualını da cavablandırıb:
"Rusiyanın Ermənistandakı dayaqları hələ ki, güclüdür və təsir imkanları da çoxdur. Ona görə Rusiyadan qopmaq Ermənistan üçün elə də asan olmayacaq. Bu mənada Rusiya-Ermənistan münasibətlərində müəyyən gərginliklər davam edəcək. Əsas məsələ də ondan ibarətdir ki, Zəngəzur dəhlizinə nəzarət 10 noyabr 2020-ci il bəyanatında nəzərdə tutulurdu. Artıq o, yoxdur. Vaşinqton bəyənnaməsindən sonra bu məsələ ortadan qalxıb. Paşinyan belə bir fikir söylədi ki, 10 noyabr sənədi artıq öz qüvvəsini itirib. Buna görə Rusiyadan da biz müəyyən etirazların şahidi olacağıq. Ermənistan-Rusiya arasında gərginlik bundan sonra da davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu ABŞ -da Rusiyaya lobbiçilik edir - Politoloq
14:04 03.08.2026
Dünya
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm