Misirdə demokratik yolla seçilmiş ilk prezident Məhəmməd Mursinin harbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmasının 6 ili tamam oldu. Sherg.az Türkiyə KİV-ə istinadən 3 iyul 2013-cü ildə Misirdə baş verənlərə ayna tutur.
Çevriliş mərhələsi 30 iyun 2013-cü ildə paytaxt Qahirənin ən böyük meydanı olan Təhrir meydanında başladı. Müxalifətin Mursi hakimiyyətinə qarşı təşkil etdiyi aksiyalara on minlərlə insan qatıldı.
Misir mətbuatı Mursi hakimiyyəti əleyhinə keçirilən mitinqə 30 milyondan çox insanın qatıldığını yayaraq, xalqı buna inandıra bildi. Televiziya kanallarında Təhrir meydanı və meydana gedən bütün yolların aksiyaçılarla dolu olduğu haqqında kadrlar yayımlandı. 30 iyun axşam saatlarında “baltaçı” adlandırılan dəstələrdən ibarət bir qrup, Mursini hakimiyyətə gətirən, Qahirədə yerləşən “Müsəlman qardaşları” Hərəkatının ofisi qarşısında toplandı. Orada baş verən hadisələr zamanı 10 nəfər öldü. Elə həmin gün “Müsəlman qardaşları” tərəfdarları “Şiddətə yox” və “Özünü müdafiə” şüarları ilə aksiya keçirdi. Ondan bir gün sonra isə Misirdə vəziyyət daha da kritikləşdi. Belə ki, 1 iyulda Misir Ordusu iqtidar və müxalifətə 48 saat möhlət verdi. Ordu tərəfindən verilən açıqlamada deyilirdi: “Ölkədəki siyasi güclərə 48 saat müddət verilib. Bu müddət içərisində xalqın istəkləri yerinə yetirilməzsə, Misir Silahlı Qüvvələri ölkənin gələcəyi üçün “yol xəritəsi” hazırlayacaq və bu planın həyata keçirilməsinə şəxsən özü nəzarət edəcək”. Bu artıq hərbi çevrilişin ilk siqnalı idi. Ordunun belə açıqlamasından sonra Təhrir meydanının üzərindən hərvi vertolyotlar uçaraq mitinqçiləri “salamladı”.
Həmin gün sələfi “Nur” Partiyası prezident Mursiyə növbədənkənar seçki keçirməsi üçün qərar verilməsini tələb etdi. Partiyadan verilən bəyanatda “əks təqdirdə ordunun siyasətə qarışmasından narahatıq” sözləri yer aldı.
Daha sonra isə 5 nazir xalqın istəyi ilə vəzifəsindən istefa etdiyini açıqladı. Prezidentin hərbi məsələlər üzrə müşaviri, sabiq prezident Hüsnü Mübarəkin hakimiyyəti zamanı Silahlı Qüvvələrin baş qərargah rəisi olmuş Sami Anan da vəzifəsindən getdiyini bildirdi.
Qeyd edək ki, Anan çevrilişdən sonra mövqeyini dəyişdirərək müxaliflərin yanına keçdi. 2018-ci ildə prezident seçkilərində namizəd olacağını açıqladıqdan az sonra həbs edildi və hələ də məhkumluq həyatı yaşayır.
Eyni gündə Misir parlamentinin alt qanadı Şura Məclisindən 30 millət vəkili istefa etdiyini ictimaiyyətə xəbər verdi. Misirin rəsmi xəbər agentliyi MENA xarici işlər naziri Məhəmməd Kamil Amrın da istefa etdiyini yazdı. Amma xəbərdə nazirin istefasına səbəb göstərilmədi.
Daxili İşlər Nazirliyi də bəyanat verərək Ordunu dəstəklədiyini, heç bir siyasi gücün tərəfində olmadığını açıqladı.
Müxalifət tərəfindən 2013-cü ilin başlanğıcından etibarən başladılan qarayaxma kampaniyasına qarşı, hakimiyyətə yaxın təşkilatlar və şəxslər tərəfindən təsis edilən “Özünümüdafiə Koalisiyası” bəyanat verdi. Açıqlamada qeyd olunurdu ki, bəziləri xalqın iradəsini hədəfləyərək Orduya təzyiq göstərir. Bu təzyiqlər qəbul edilə bilməz. 2 iyulda isə Prezident Aparatından açıqlama yayıldı. Bəyanatda qeyd olunurdu ki, Ordu tərəfindən verilən açıqlamadakı bəzi ifadələr milli birliyi sarsıda bilər.
Artıq ölkə ictimaiyyəti medianın vasitəsilə Mursinin devrilməsi beyinlərə yeridilmiş, bir çox siyasilər və intellektuallar Mursinin istefa verməli olduğuna inandırılmışdı. Məsələ burasındadır ki, “Müsəlman qardaşları” üzvü, “Güclü Misir” Partiyasının rəhbəri Abdulmunim Əbulfutuh, sabiq nazir Sami Anan və yazıçı Ala əl-Asvani də Mursinin istefasının lazımlılığına inandırılmışdı. Amma 3 iyulda, Ordunun “yol xəritəsi”ni elan etməsindən və sonrakı dönəmdə adları sadalanan bu şəxslər “Biz bunu arzulamırdıq” deyərək, Orduya dəstəklərini dayandıraraq, çevrilişlə hakimiyyətə gələnlərə müxalif oldular. Amma artıq iş-işdən keçmişdi
3 iyulda həmin vaxt müdafiə naziri olan Abdufəttah Əs-Sisi Ordunun “yol xəritəsi”ni açıqladı. Yeni plana görə parlament və prezident seçkilərinin yenidən keçiriləcəyi bildirildi. Ordunun hakimiyyətə verdiyi müddət başa çatdıqdan, elan edilən çevriliş və Silahlı Qüvvələrin “yol xəritəsi” bəyan edildikdən dərhal sonra prezident Məhəmməd Mursi iqamətgahından çıxarılaraq bilinməyən yerə aparıldı. Beləliklə 30 iyunda başlayan hərəkətlilik 3 iyulda çevrilişin elanı ilə bitdi. Üç gün içərisində mətbuatın informasiyaları ilə xalq ayağa qaldırıldı, çevrilişin yolu açıqlaraq Mursi hakimiyyətdən uzaqlaşdırıldı.
Mursi tərəfdarları bu hadisələrə etiraz edərək Rabia və Nahda meydanlarında oturaq aksiyalara start verdi. Prezidentin səlahiyyətləri müvəqqəti olaraq Konistitusiya Məhkəməsinin baş hakimi Adli Mansura həvalə edildi. O, iyulun 4-də and içərək vəzifəsinə başladı. “Müsəlman qardaşları” Hərəkatı iyulun 5-də “Çevrilişi rədd cüməsi” adı ilə aksiya keçirdi. Ordunun hakimiyyətə müdaxiləsinə qarşı çıxan qruplar və “Müsəlman qardaşları” böyük mitinq keçirdi. Amma bunlar heç bir nəticə vermədi.
3 iyul 2013-cü ildə hərbi müsaxilədən sonra bilinməyən yerə aparılan Mursinin uzun müddət dəniz bazasında saxlanıldığı məlum oldu. Əleyhinə 6 ayrı cinayət işi açıldı. 4 cinayət işinə görə 43 il həbsə məhkum edilən Mursi haqqında edam hökmü də verildi. Ancaq Ali Məhkəmə qərarı ləğv edərək təkrar məhkəmənin keçirilməsinə qərar verdi.Mursi 17 iyun 2019-cu ildə “Vadi ən-Natrun həbsxanasından qaçış və HƏMAS-a casusluq” ittihamı ilə mühakimə olunduğu məhkəmə prosesində vəfat etdi. Onun ürək tutmasından keçindiyi açıqlandı.
“Müsəlman qardaşları”nın çöküşü – Məhkəmə salonunda ölən Mursi necə devrildi?
18:39 02.07.2019
Dünya
786
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada həlak olan fələstinlilərin sayı 45 mini keçib
15:56 22.12.2024
Dünya
Kobaxidze Zurabişviliyə xəbərdarlıq etdi - "Əks halda..."
15:49 22.12.2024
Gündəm
4 ölkə Ukrayna ilə bağlı mühüm qərar verdi
15:42 22.12.2024
Siyasət
Fransanın yeni Baş naziri ən aşağı reytinqlə işə başlayıb
15:31 22.12.2024
Siyasət
Konqoda bərə aşıb, onlarla insan həlak olub
15:22 22.12.2024
Dünya
Qəzzada atəşkəs: "Danışıqlar 90 faiz tamamlanıb"
15:09 22.12.2024
Dünya
Yaşar Gülər komanlıqla birgə Suriya sərhədinə gedib
15:04 22.12.2024
Hərbi
Tramp ABŞ-ni ÜST-dən çıxara bilər - İDDİA
14:57 22.12.2024
Siyasət
BVF: Ukraynada müharibə 2025-ci ildə bitməyəcək
14:28 22.12.2024
İqtisadiyyat
Ermənistanda kütləvi zəhərlənmə olub
14:17 22.12.2024
Hadisə
Argentina nüvə planını açıqladı - "Bizdə də olmalıdır"
14:09 22.12.2024
Siyasət
İsrail ordusu Qəzzada keçmiş məktəbə zərbələr endirib
13:59 22.12.2024
Dünya
Yeni müharibə başlayacaq: Ermənistan da cəlb ediləcək – Terteryan
13:51 22.12.2024
Gündəm
Türkiyədə göl şaxtaya görə tamamilə donub - FOTO
13:32 22.12.2024
Hadisə
AB bu tarixdə Rusiyaya növbəti sanksiya tətbiq edəcək
13:07 22.12.2024
Gündəm
Zaqatalada odun sobası yanğına səbəb olub
12:51 22.12.2024
Hadisə
Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb
12:37 22.12.2024
Dünya
Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür
12:09 22.12.2024
Media
ABŞ ordusu Qırmızı dənizdə öz təyyarəsini vurdu!
12:04 22.12.2024
Dünya
Türkiyədə helikopter xəstəxanaya çırpılıb
11:57 22.12.2024
Hadisə
Esma Əsəd Moskvada çoxdan xərçəng müalicəsi alır
11:51 22.12.2024
Dünya
Zelenski ümid edir, AB isə vədini icra edə bilmir
11:03 22.12.2024
Dünya
Nazirlik: Çin Tayvanın silahlanması ilə bağlı ABŞ-a etiraz edib
10:55 22.12.2024
Dünya