Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsa və ətrafında 1995-ci ilin iyul ayında baş verən, 8 mindən çox bosniyalının vəhşicəsinə qətlə yetirildiyi soyqırımında ölən daha 33 qurban dəfn ediləcək.
Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, kimlik testləri tamamlanan qurbanların cənazələri Visoko şəhərindədir. Üstündə soyqırımı qurbanlarının adları yazılan tabutlar iyulun 9-da Visokodan Srebrenitsaya göndəriləcək. Qurbanlar iyulun 11-də xüsusi mərasim keçirildikdən sonra toprağa tapşırılacaq.
Visoko şəhər məzarlığının müdiri Kənan Karavdiç, “Anadolu” Agentliyinin müxbirinə deyib ki, qurbanların cənazə məsələləri həll edilib. Onun sözlərinə görə, 2003-cü ildən bu yanadır ki, soyqırımı qurbanlarının tapılması məsələləri ilə məşğul olurlar:
“Dəfn edilən qurbanların sayı hər il azalır. Zaman keçdikcə qurbanların basdırıldığı toplu məzarlıqları tapmaq çətinləşir. Kimliyi müəyyənləşən onlarla soyqırımı qurbanının olduğunu deyən Karavdiç, bəzi qurbanların yaxınlarının, cəsətlərin tam olmaması səbəbindən dəfnə icazə vermədiklərini söyləyib.
Bu arada, iyulun 11-də dəfn ediləcək 33 qurbandan ən kiçiyinin 16 yaşında qətlə yetirilən və sümükləri fərqli toplu məzarlıqlarda tapılan Osman Cvirk, ən yaşlısının isə 82 yaşında öldürülən Saha Cvirk olduğu bildirilib.
Qeyd edək ki, Srebrenitsanın 11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığındakı Serb birlikləri tərəfindən işğal edilməsindən sonra BMT tərkibində olan hollandiyalı əskərlərə sığınan sivil bosniyalılar, serblərə təslim edilib. Qadın və uşaqların bosniyalı əsgərlərin nəzarətində olan bölgəyə getməsinə icazə verən serblər, ən az 8 min 372 nəfər bosniyalı kişiləri meşəliklərdə və fabrikalarda, depolarda qətlə yetirib. Öldürülən bosniyalılar toplu məzarlıqlarda basdırılıblar. Müharibədən sonra itkinləri tapmaq üçün hərəkətə keçilib. Toplu məzarlarda cəsədləri tapılan qurbanlar kimlik testlərindən sonra hər il iyulun 11-də Potoçari Xatirə Məzarlığında keçirilən xüsusi mərasimdən sonra dəfn edilirlər. Bu il 33 soyqırımı qurbanının dəfn ediləcəyi məzarlıqda indiyə qədər 6 min 610 qurban torpağa tapşırılıb.
Srebrenitsa qətliamı: Soyqırımı qurbanlarından daha 33-ü dəfn ediləcək
18:16 04.07.2019
Dünya
1571
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Regionlarda hansı xəstəliklərin artdığı açıqlanıb
12:06 30.01.2025
Sağlamlıq
Azərbaycanda ailə həkimi sahəsində problemlər açıqlanıb
11:54 30.01.2025
Sağlamlıq
Mikayıl Cabbarov Türkiyədə Alparslan Bayraktarla görüşüb
11:47 30.01.2025
Siyasət
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı
11:34 30.01.2025
Region
Meymunçiçəyinə yoluxan şəxs evə buraxılıb
11:09 30.01.2025
Sağlamlıq
Meymunçiçəyinə yoluxan şəxs evə buraxılıb
11:09 30.01.2025
Sağlamlıq
Boğaz ağrısıyla getdi cəsədi çıxdı
11:02 30.01.2025
Hadisə
Sumqayıtda əməliyyat: saxlanılan var
10:55 30.01.2025
Hadisə
Azərbaycanda vaxtı keçmiş kreditlər 3%-ə yaxın artıb
10:48 30.01.2025
İqtisadiyyat
Demə, 7 deyil, 6 qitə var!
10:41 30.01.2025
Maraqlı
Azərbaycan Avrasiyanın nəqliyyat qovşağına çevrilir
10:37 30.01.2025
Gündəm
Zukerberq Trampa 25 milyon dollar ödəyəcək
10:34 30.01.2025
Dünya
Türkiyənin məşhur aktrisası ana oldu
10:20 30.01.2025
Şou
HƏMAS Ərdoğanla nələri müzakirə etdi?
10:07 30.01.2025
Dünya
Trampın dəstəklədiyi çinli alim dünyanı alt-üst edir
10:00 30.01.2025
Dünya
Biləcəridə 2 qumbara tapılıb
09:53 30.01.2025
Hadisə
Ermənistan və Gürcüstan XİN rəhbərləri görüşüb
09:46 30.01.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb
09:39 30.01.2025
İqtisadiyyat
Ekspert: Tramvaylar Bakıda tıxacların xilaskarı ola bilməyəcək
08:51 30.01.2025
Ölkə
Xaricdə böyüyən azərbaycanlı gənclər assimilyasiyadan qorunmalıdır
08:00 30.01.2025
Sosial
Ata "TikTok" videosuna görə 14 yaşlı qızını öldürdü
07:41 30.01.2025
Hadisə