“Qərbin və Türkiyədəki siyasi qolların Ərdoğanın bu qərarına reaksiyası başadüşüləndir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Analitik vurğulayıb ki, Ərdoğanın qərarı Qərbin mənafeyinə ciddi zərbədir:
“Mərkəzi bank sədrinin vəzifədən azad edilməsi Amerikadan idarə olunan türk maliyyə sisteminə ciddi zərbə oldu. Nəticədə dollar dərhal düşməyə başladı. Qərbyönümlü müstəmləkə müxalifətində bu cür vəziyyət ciddi təlaş yaratdı. Ancaq xalq tərəfindən bu təşəbbüs alqışlandı. Şübhəsiz, dolları himayə edən güclər və okeanın o tayındakı “sabibləri” AKP hökümətinə qarşı cəzalandırma tədbirləri görməyə cəhd edəcəklər. Qardaş ölkəyə qarşı iqtisadi, maliyyə hücumları davam edəcək”.
Ekspert təzyiqlərin mənfi nəticələrlə bitəcəyini düşünmədiyini deyib:
“Unutmayaq ki, Türkiyənin dövlət tərəfindən dəstəklənən güclü özəl sektoru, inkişaf etmiş qeyri-neft sektoru var. Ümümi iqtisadi böhranlarda çökməyən türk iqtisadiyyatını çökdürmək elə də asan məsələ deyil. Türkiyəyə qarşı siyasi, iqtisadi basqıları müşahidə edəcəyik.
Lakin bu savaşdan Amerika və əlaltıları məğlub çıxacaq”.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı bank faizlərinin 24-dən 19-a endirilməsinə qərar verib. Bununla da dolların qiyməti sürətlə düşüb. Prosesin davam etdiriləcəyi və infilyasiyanın minumuma endiriləcəyi də vurğulanıb.